AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə / Şagird
20 iyun 2025
1 056

Yayda dərs, yoxsa istirahət?- EKSPERT



Yayda dərs, yoxsa istirahət? - Tətilin əsl mahiyyəti...Artıq məktəblər bağlanıb və şagirdlər qarşıdakı 3 ayı evdə keçirəcəklər.Bəs bu müddət ərzində onlar yenidən dərslərə fokuslanmalı, yoxsa istirahət etməli, yaşıdları ilə vaxt keçirməlidirlər?Mövzu ilə bağlı valideynlərin yanaşmaları fərqlidir. Bəzi ailələr övladlarını yay tətili boyunca müxtəlif kurslara, hazırlıq və ya inkişaf yönümlü fəaliyyətlərə yönləndirir. AzTehsil.com xəbər verir ki, azedu.az-a mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli danışıb. Ekspert qeyd edib ki, yay tətili yalnız dərs yükündən azadlıq deyil, eyni zamanda uşağın özünü tanıması və müstəqil düşünmə bacarığını formalaşdırması üçün mühüm fürsətdir:"Yay tətili ilə bağlı valideynlərin yanaşmasındakı fərqlər təbiidir və cəmiyyətin təhsil anlayışındakı çoxrəngliliyin bir göstəricisidir. Bəziləri bu dövrü uşaq üçün yeni öyrənmə imkanları ilə doldurmağa çalışır, digərləri isə onun tam istirahət etməsinin tərəfdarıdır. Əslində isə hər iki yanaşmanın doğru tərəfləri var – əsas məsələ bu iki yanaşmanı balanslı şəkildə tətbiq edə bilməkdədir.Mənim fikrimcə, yay tətili uşağın məktəbdənkənar fərdi inkişafına yönələn və onun psixoloji, sosial və emosional ehtiyaclarını qarşılamaq üçün unikal bir zamandır. Bu dövr nə yalnız dərs təkrarına həsr edilməli, nə də tamamilə məqsədsiz və struktursuz bir istirahətə çevrilməlidir. Yay ayları uşaqların maraqlarını kəşf etməsi, yeni bacarıqlar qazanması və ən əsası özlərini tanımaları üçün geniş imkanlar yaradır".Ə.Həsənlinin sözlərinə görə, aşağı sinif şagirdləri üçün bu müddət ərzində oyun əsaslı öyrənmə, sərbəst oxu, ailə ilə vaxt keçirmək və təbiətlə təmas vacibdir:"Bu sadə görünsə də, uşağın psixososial inkişafında əvəzsiz rol oynayır. Orta və yuxarı siniflərdə isə maraq dairəsinə uyğun seçilmiş yay kursları, layihə əsaslı fəaliyyətlər, mütaliə vərdişlərinin dərinləşdirilməsi və könüllülük kimi sosial iştirak modelləri uşağın gələcək həyat bacarıqlarının təməllərini formalaşdıra bilər.Burada valideynlərin rolu olduqca önəmlidir. Onlar bu üç ayı yalnız “bilik toplamaq” dövrü kimi yox, həm də “şəxsiyyət formalaşdırmaq” prosesi kimi görməlidirlər. Övladlarını yalnız akademik uğura fokuslamaq əvəzinə, onları ailə dəyərlərinə, əmək və məsuliyyət hissinə, yaradıcı düşüncəyə və sosial uyğunlaşmaya yönəltməlidirlər. Məsələn, bir ailəliklə oxunan kitab, birgə edilən təbiət gəzintisi və ya sadəcə birlikdə müzakirə olunan gündəlik hadisələr uşaqda həm bilik, həm də şəxsiyyət baxımından iz qoyur.Yay aylarında təhsil rəsmi şəkildə dayanmış ola bilər, amma öyrənmə davam edir, sadəcə olaraq formatı dəyişir. Vacib olan, bu müddətin şagird üçün təzyiqsiz, amma məqsədli bir inkişaf mərhələsi kimi planlanmasıdır. Çünki gələcəkdə parlaq nəticə göstərən şagirdlər yalnız testləri yaxşı cavablandıranlar deyil, həm də yay aylarını düzgün dəyərləndirənlər olacaq",- deyə Əmrah Həsənli qeyd edib.


 


 


 


 



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Tərbiyənin növləri

Tərbiyənin növləri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür