Bağçalarda monitorinq və müşahidələr davam edir
Bağçalarda monitorinq və müşahidələr davam edir. AzTehsil.com xəbər verir ki, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində müşahidə-monitorinq prosesi həyata keçirilir.Keçirilmiş monitorinq zamanı tədris fəaliyyətlərinin keyfiyyəti, nitq inkişafı və savad təlimi, uşaqlara fərdi yanaşma, məkanın təşkili, mebel və təchizatın vəziyyəti, pedaqoji işin təşkili və qarşılıqlı ünsiyyət sahələri üzrə mövcud vəziyyət təhlil edilmişdir. Aşkarlanan ehtiyaclara uyğun olaraq, təcrübəli tərbiyəçilər və metodistlərin iştirakı ilə maarifləndirici söhbətlər aparılmış, pedaqoji heyətə metodiki dəstək göstərilmiş, həmçinin tərbiyəçilərin digər uğurlu məktəbəqədər təhsil müəssisələrinə təcrübə mübadiləsinə göndərilməsi təmin olunmuşdur. Bu tədbirlər uşaqlara göstərilən təlim-tərbiyə xidmətinin keyfiyyətinin artırılması və pedaqoji heyətin peşəkarlığının təkmilləşdirilməsi məqsədi daşıyır.