Bakıda 11-ci sinifi bitirəcək məzunların sayı AÇIQLANIB
2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.
AzTehsil.com xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində, 30 169 müəllim fəaliyyət göstərir.
2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsildə fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupa 22 781 uşaq təhsili verilib.
Qeyd etmək lazımdır ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.