AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə
10 iyun 2025
693

Düzgün ixtisas seçimi önəmlidir



"Düzgün ixtisas seçimi gələcəyə qoyulmuş ən dəyərli sərmayədir" - MÜNASİBƏT BİLDİRİLİB.

AzTehsil.com xəbər verir ki, "İxtisas seçimi elə edilməlidir ki, bir gün peşmanlıqla nəticələnməsin. Seçim daha diqqətlə və məsuliyyətlə aparılmalıdır". Bu sözləri sİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.O bildirib ki, ixtisas seçiminin nəzəri əsaslandırılması, onun real həyatda necə tətbiq olunacağı, seçilmiş ixtisasın cəmiyyət və əmək bazarı üçün missiyası çox önəmlidir: "Bu gün tələbə adını qazanmaq kifayət deyil. Əsas məsələ həmin ixtisasın gələcəkdə iş təminatına nə qədər töhfə verə bilməsidir. Təəssüf ki, bu günlərdə bir çox "TikTok" "eksperti" , sosial media qəhrəmanı və ya özünü “təhsil mütəxəssisi” kimi təqdim edən insanlar yalnız öz maraqlarını güdürlər. Onların məqsədi gələcəyin əmək bazarını formalaşdırmaq və ya tələbənin gələcəyini düşünmək deyil. Əsas məqsədləri abituriyentin topladığı bala uyğun olaraq hansı yolla olur-olsun onu bir universitetə yerləşdirməkdir. Amma mən bu fikirdən qəti şəkildə uzağam. Bu gün buradan sizin vasitənizlə bütün abituriyentlərə səslənirəm: sizin mübarizənizi dəyərləndirir və dəstəkləyirəm. İxtisas seçimi sadəcə texniki proses deyil ki, onu video təlimatlardan öyrənmək mümkün olsun. Bu məsələnin dərin mənəvi və psixoloji tərəfləri də var. Mən şəxsən şahidi olmuşam, gözlərimlə görmüşəm, prosesin içində iştirak etmişəm: birinci ixtisas qrupu üzrə müəyyən bal toplamış bir xanıma maşın mühəndisliyi və cihaz mühəndisliyi kimi ixtisaslar tövsiyə edilib. Halbuki, bu xanımın psixoloji durumu, dünyagörüşü, həyat yanaşması bu sahələrlə heç bir uyğunluq təşkil etmir. Bu halda o, gələcəkdə əmək bazarı üçün dəyərli kadr kimi formalaşa bilməyəcək. Təəssüf ki, belə hallara çox rast gəlirik. Ən ağrılı məsələ odur ki, bu prosesə valideynlər də təsir göstərir. Bu gün bir çox valideyn övladının tələbə adını qazanmasını sadəcə onun gələcəyi üçün yox, həm də öz sosial imici üçün – qonşulara, qohumlara qarşı “hesabat” vermək kimi qəbul edir. Bu, yanlış yanaşmadır. Belə bir təzyiq altında edilən ixtisas seçimi nə uşağı xoşbəxt edəcək, nə də cəmiyyətdə faydalı mütəxəssis yetişəcək.


Hər il minlərlə gənc imtahan verir, nəticələrini gözləyir və ali məktəblərə ixtisas seçimi qarşısında qalır. Amma bu prosesin görünməyən tərəfləri var. Bu gün bir çox insan ixtisas seçimini sadəcə qəbul olunmaq üçün edir. Məqsəd bal itirməməkdir. Hansı yolla olur-olsun, bir universitetə düşmək əsasdır. Sanki ali məktəbə daxil olmaq, artıq uğurun son nöqtəsidir. Amma bu yanaşma çox təhlükəlidir. Əgər bir gənc qəbul oldusa, qəhrəmandır. Qonşular, qohumlar, ailə ətrafı onu tərifləyir, sosial mediada paylaşımlar edilir. Qəbul olmadısa, sakitlik çökür. Nə özü danışır, nə də ailəsi. Halbuki bu, sadəcə bir mərhələdir, nə son, nə də başlanğıc".


"İxtisas seçimi həyatın ən mühüm qərarlarından biridir. Bu, insanın gələcək işinə, sosial statusuna, psixoloji rahatlığına və həyat tərzinə birbaşa təsir edir. Amma çox zaman bu qərar məntiq yox, emosiya, real maraqlar yox, sosial basqı əsasında verilir.


Bəzən valideynlər öz övladlarını onların maraqlarına deyil, öz arzularına uyğun istiqamətləndirirlər. Hətta bəziləri üçün övladının universitetə qəbul olması, qonşu və qohumlar qarşısında bir “qələbə” vasitəsidir. Uşağın nə hiss etdiyini, gələcəkdə özünü xoşbəxt hiss edib-etməyəcəyini düşünən isə azdır.


Bu gün əmək bazarı dəyişir. Gələcəkdə bəzi ixtisaslar tamamilə sıradan çıxacaq. Bəzi dar sahəli peşələrə ehtiyac olmayacaq. Əvəzində süni intellekt, rəqəmsal texnologiyalar, proqramlaşdırma, data analitikası, alternativ enerji, biotexnologiya kimi sahələrin tələbatı ildən-ilə artacaq.



Həmçinin oxuyun:
Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

Polad Həşimov, İlqar Mirzəyev, Şükür Həmidov və daha 34 şəhidin adı əbədiləşdirildi - SİYAHI

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verildi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Prezident STM əməkdaşlarını təltif etdi

Prezident STM əməkdaşlarını təltif etdi

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Biz sizinlə fəxr edirik

Biz sizinlə fəxr edirik

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Kargüzarlığın aparılmasına dair Təlimata  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar

Uğurlu Biznes qurmaq üçün yeni ideyalar