445 şagird imtahan nəticəsindən NARAZIDIR
9-cu sinif buraxılış imtahanı üzrə apellyasiyaya müraciət tarixi bitib.
Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, 445 şagird apellyasiya müraciəti qeydə alınıb.
Xəbər verdiyimiz kimi, aprelin 20-də Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu siniflər üçün buraxılış imtahan keçirib.
Bəzi iştirakçılar imtahan nəticələri ilə razılaşmayaraq müvafiq qaydada apellyasiya müraciətləri təqdim ediblər.
AzTehsil.com Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, buraxılış imtahanı üzrə bu saata qədər 376 şagird apellyasiya müraciəti edib.
Qeyd edək ki, apellyasiya müraciətlərinin qəbulu iyunun 5-i saat 17:00-dək davam edəcək.