Ukraynada distant təhsil alan tələbənin diplomu TANINMAYIB
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Ukraynada magistr təhsili almış Azərbaycan vətəndaşının diplomunu tanımayıb.
O, Agentliyin qərarından məhkəməyə şikayət edib.
İddia Ukraynanın Yaroslav Mudri adına Milli Hüquq Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə magistr təhsilini bitirdiyini və diplom aldığını bildirib. O, dərslərdə onlayn formada iştirak etdiyini, imtahanlardan keçdiyini və diplom işini uğurla müdafiə etdiyini əsas gətirərək, Agentlikdən bu diplomun tanınmasını tələb edib.
AzTehsil.com- n əldə etdiyi məlumata görə Agentlik iddiaçının təhsil aldığı müddətdə Ukrayna ərazisində tədrisin normativ tələblərinə uyğun fiziki iştirak etmədiyini, yəni ən azı üçdə iki hissəsində ənənəvi formada dərslərdə iştirak etmədiyini əsas gətirərək onun müraciətinə imtina cavabı verib.