AzTehsil.com

Xəbərlər / Psixoloq / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Abituriyent
03 iyun 2025
533

Psixoloqdan XƏBƏRDARLIQ



Psixoloqdan XƏBƏRDARLIQ - “Stressli uşaqdan nəticə gözləmək olmaz”

Son günlər qəbul imtahanlarının çətinliyi ilə bağlı sosial şəbəkələrdə müzakirələr artıb. Bəziləri imtahanın normal olduğunu, digərləri isə mövzuların çətin və vaxt aparan olduğunu bildirirlər.


Bu zaman valideynlər övladlarına təzyiq göstərərək "Müəllimlər deyir, imtahan asan olub" və ya "Qonşunun uşağı 30/30 yazıb", kimi müqayisələr aparırlar.

AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı azEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib ki, abituriyentlərin imtahan zamanı stressli olması nəticəsində unutma halları yaşana bilər:


“Bu mövzu ilə bağlı ilk olaraq bunu qeyd etmək istəyirəm ki, hər kəs fərqlidir: şəxsiyyət, xarakter, davranış, düşüncə, duyğu, böyümə mühiti və s. İnsanın formalaşmasında önəmli olan faktorlar - genetika, sosial və psixoloji amillər bir-birindən fərqlənir.


Valideynlər bu cür təzyiqlər göstərirsə, uşaq da valideynə digər həmyaşıdlarının valideynləri kimi münasibət bəsləməlidirmi? Burada ən azından valideyn öz övladının potensialını bilməlidir.


Əgər bu məlumdursa, bu kimi hallar yaşanmaz. Bir sözlə, övladları olmasına baxmayaraq, əksər hallarda valideynlərin şəxsi həyatlarında baş verənlərdən özləri də xəbərsiz olur. İnsan depressiv hiss etdikdə motivasiyasını itirir. Burada əsas bilinməli olan odur ki, valideynlər övladlarını hər halda tanımalı və onlara ona uyğun münasibət bəsləməlidirlər. Sadəcə bir imtahan sualına görə övlad sevilmir və ya dəyərləndirilmir. Təbii ki, bu belə olmamalıdır.


Abituriyentlərin imtahan zamanı stress keçirməsi nəticəsində yaddaş pozuntuları baş verə bilər. Çünki stress zamanı beyində kortizol hormonu artır. Bu hormon yaddaşla bağlı olan hipokampusa təsir edərək informasiyanın saxlanmasını və xatırlanmasını çətinləşdirir. Valideynlər bəzən unudurlar ki, biz hər zaman stressli olduğumuz halda belə sağlam düşünə bilirikmi?”.


Psixoloq bildirib ki, abituriyentlərin bu cür yanaşması başa düşüləndir. Amma müəyyən zaman keçdikdən sonra onlar anlayacaqlar ki, imtahan prosesi və bu yaş dövründə yaşanan stress, həyəcan və gərginlik həmin vaxt üçün sadəcə müvəqqəti və keçici hisslərdir.


Psixoloq valideynlərə bir sıra tövsiyələr də verib:


“Əziz valideynlər, siz müəyyən yaş dövrlərindən keçmisiniz. Yanlışlarınız və doğrularınızla dünyagörüşünüz, təcrübəniz sizi şəxsiyyət kimi formalaşdırıb. Hər zaman hər bir hadisəni idarə edə bilmərik. Bəzən bəzi hadisələr - doğru və ya yanlış, yaxşı və ya pis baş verməlidir. Əks halda necə sağlam qərarlar verə bilərik?”.



Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İmtahanda balına görə valideyn təzyiqi...- DƏHŞƏT

İmtahanda balına görə valideyn təzyiqi...- DƏHŞƏT

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Övladınızın boyu neçə olacaq? – Bu cür hesablayın

Övladınızın boyu neçə olacaq? – Bu cür hesablayın

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Uşaqlar valideynlərini necə idarə edir?

Uşaqlar valideynlərini necə idarə edir?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Xaraktrer NƏDİR?

Xaraktrer NƏDİR?

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

İmişlidə iki azyaşlının ölümünə səbəb olan avtoqəza ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA