AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
20 may 2025
1 053

Bu universitetdə müəllimlərin maaşı 2 dəfə ARTIB



Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllimlərin fəaliyyətinin nəticələrinə əsaslanan reytinq sistemi mövcuddur. Yəni müəllimlərin maaşı sabit vəzifə maaşı prinsipi ilə deyil, fəaliyyət nəticələrinə əsasən fərqli şəkildə müəyyən olunur.

AzTehsil.com- n əldə etdiyi məlumata görə bunu UNEC-in rektoru Ədalət Muradov deyib.


O qeyd edib ki, bu sistemdə ilk onluğa daxil olan müəllimlərin maaşı 2 dəfə, 11-ci yerdən 30-cu yerə qədər olan müəllimlərin maaşı isə 70% artırılır.

"Reytinqin hesablanması üçün təxminən 100-dən çox göstəricidən istifadə edirik və bu göstəricilərin 70%-i məhz tədqiqat fəaliyyəti ilə bağlıdır. UNEC-də müəllimlərimizi şərti olaraq iki əsas qrupa bölmüşük: yalnız pedaqoji fəaliyyətlə məşğul olanlar və həm pedaqoji, həm də tədqiqat fəaliyyəti aparan müəllimlər. İkinci qrupa aid olan, yəni tədqiqatçı statusu əldə edən müəllimlərin maaşı 50% artırılır. Bu statusu almaq üçün müəllimin son 5 il ərzində çap olunmuş məqalələrinə istinadların sayı 100-dən çox olmalıdır. Əvvəllər "Google Scholar" bazasından istifadə edirdik, amma artıq iki ildir ki, bu yanaşmanı “Scopus” bazası əsasında tətbiq edirik. Yəni son beş ildə “Scopus”da çap olunmuş məqalələrə istinadların sayı 100-dən, H indeksi isə 8-dən az olmamalıdır. Bundan əlavə, xarici dil sertifikatı təqdim edən müəllimlərə əməkhaqqı fondundan 15% əlavə ödəniş edilir.


Universitetimizdə UNEC Extern (Distant Təhsil Mərkəzi) fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə 20 min tələbəyə uzaqdan təhsil vermək imkanımız var. Mərkəz 2018-ci ildə, o zamankı təhsil naziri, hörmətli Ceyhun Bayramovun iştirakı ilə açılıb. Hazırda auditoriyalarımızın 80%-i hibrid auditoriyalardır. Bu o deməkdir ki, istənilən vaxt hibrid dərslərin təşkili texniki baxımdan tam mümkündür. Hesab edirəm ki, yaxın gələcəkdə hibrid dərslərin geniş tətbiqi qaçılmaz olacaq. Hazırda üzərində çalışdığımız ən böyük layihələrdən biri süni intellektin təhsilə tətbiqidir. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə işləri başa çatdıraraq ictimaiyyətə ətraflı məlumat verəcəyik. Universitetimiz artıq rəqəmsallaşdığı üçün süni intellektin tətbiqi texniki və infrastruktur baxımından heç bir çətinlik yaratmır. Bu baxımdan, sistemin UNEC-də tətbiqi olduqca asan və realdır. Düşünürəm ki, süni intellektin təhsil prosesinə inteqrasiyasından sonra universitetimiz qarşıya qoyduğu strateji hədəflərə daha sürətlə irəliləyəcək.


Son hədəfimiz isə universitetimizin 100 illiyində dünyanın 500 ən yaxşı ali təhsil müəssisəsi sırasına daxil olmasıdır. Hazırda beynəlxalq reytinqlərdə UNEC 1029-cu yerdədir. Əminəm ki, iyun ayında açıqlanacaq reytinq cədvəlində UNEC-in mövqeyi xeyli yaxşılaşacaq. Bir sözlə, ümumiləşdirərək demək olar ki, universitetimizin gələcək uğurları üçün yetərincə güclü elmi, akademik, texnoloji və təşkilati potensial mövcuddur. Əminəm ki, universitetimiz qarşıya qoyduğu hədəflərə uğurla nail olacaq", - rektor qeyd edib.



Həmçinin oxuyun:
Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi