İxtirası ilə məşhurlaşan Reyhan məzun olub
İxtirası ilə dünya mediasının diqqətini çəkən qubalı məktəbli Reyhan Camalova Pensilvaniya Universitetindən məzun olub.
AzTehsil.com xəbər verir ki, o, məzun günündə iştirak edib.
Dünya Reyhanı “Rainergy” adlı qurğu ixtirası ilə tanımışdı.
Bu cihaz yağış suyundan enerji əldə edərək həm ekologiyaya, həm də davamlı enerjiyə töhfə verməkdədir. Qazandığı uğur sayəsində Reyhan "Forbes"in “30 Under 30” Avropa siyahısında yer almağı bacarmışdı.