Prezidentin qızını heyran edən Reyhan kimdir?
Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin baş müşaviri və ölkə başçısının qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı azərbaycanlı qızın uğurlarından danışıb. Hələ gənc olmasına baxmayaraq, Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına "sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə edib.
Sözügedən çıxışın videosu dünəndən sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Aztəhsil.com xəbər verir ki, Qafqazinfo.az Reyhan Camalova ilə bağlı bəzi məlumatlar əldə edib.
O, Gənclik İstək Liseyinin 9-cu sinif şagirdidir.
Hər zaman dərslərində uğurlu olan Reyhan sinif yoldaşları ilə birlikdə yağış suyundan enerji istehsal edən "Reynerci" (Rainergy) qurğusunu yaradıb.
Həmin layihəsi ilə də hazırda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak edir. Layihə ilk mərhələlərdən uğurla keçib və bu günlərdə yarımfinal və final mərhələsində təmsil olunacaq.