6 yaşlı azərbaycanlı uşaq yenə dünyanı heyran qoydu– VİDEO
Ruslan ən çətin misalları bir dəqiqədə həll edib.
Rusiyanı öz riyazi bacarığı ilə heyran edən altı yaşlı azərbaycanlı uşaq yenidən efirə çıxıb. İstiPress-in məlumatına görə, Qusardan olan Ruslan Səfərov "Rossiya 1” telekanalında yayımlanan və insanların xüsusi, heyrətləndirən bacarıqlarını nümayiş etdirdikləri "Heyrətamiz adamlar” verilişinin finalına qatılıb.
Ruslan yenə də öz unikal bacaraığı ilə nəinki müsifləri, tamaşaçıları, bütün Rusiyanı heyrətə salıb.
Finalda Səfərov daha çətin tapşırıqları yerinə yetirib. Bu dəfə kökaltı, inteqrallardan istifadə edilərək hazırlanan çox ədədli misallar ona "tetris” kimi oyunun tərkib hissəsi kimi təqdim edilib.
O, ekranda fiqurların hamısı öz yerini alana kimi misalları həll etməli idi. Ruslan bu işin öhdəsindən məharətlə gəlib.
Təssüf ki, final mərhələsində o bu qeyri-adi bacarığına baxmayaraq qalib adını qazana bilməyib. Ruslan dördüncü yeri tutub. İlk yerin sahibi isə 23 yaşlı Roman Straxov olub və bir milyon rubl qazanıb.