AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə / Şagird
15 may 2025
1 193

Məktəblərdə yay tətili qısaldılır?



“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır”. AzTehsil.com xəbər verir ki, bu haqda açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: “bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir” fikri haqlı görünə bilər:

“Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür.Statistik olaraq, Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-dək davam edir və bu, təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə, texniki baxımdan, bir çox Avropa ölkəsindəki – məsələn, Almaniyada və ya Danimarkada 38-40 həftəlik - tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərs ili deyil, tədrisin keyfiyyəti və intensivliyidir.“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd olunur ki, tədris prosesi yalnız təqvim planlaması ilə deyil, məzmun və metodika baxımından da modernləşdirilməlidir. Yəni sadəcə dərs müddətini artırmaqla nəticə əldə etmək mümkün deyil.

Əgər hazırkı tədris prosesi aşağı effektivliklə təşkil olunursa - yəni dərslər əzbərləmə, passiv tədris, yüklü və mənasız ev tapşırıqları ilə doludursa - bu sistemi daha da uzatmaq yalnız uşaqların fiziki və psixoloji tükənməsinə səbəb olacaq”.

“Tədris müddətinin artırılması yalnız o halda məqsədəuyğundur ki, bu dəyişiklik tədris planlarının yüngülləşdirilməsi, praktiki öyrənmənin artırılması, yaradıcı və layihə əsaslı metodların tətbiqi, fənn proqramlarının şaxələndirilməsi ilə müşayiət olunsun”,- deyə ekspert fikrinə əlavə edib:

“Misal üçün, Finlandiyada və Estoniyada dərs ili daha uzun olsa da, dərslər layihə əsaslıdır, şagirdlər sinifdə müəllimi sadəcə dinləmir, özləri araşdırır, təqdim edir, tədqiqat aparır. Bu yanaşmada tədrisin keyfiyyəti müddətdən daha vacib sayılır. Azərbaycanda isə dərs saatı artdıqca, öyrənmənin keyfiyyəti yüksəlmir, sadəcə dərs yükləri və stress artır.Yay tətilinin qısaldılması məsələsi isə digər həssas məsələdir. 3 aylıq yay tətili sovetdənqalma bir sistemin mirasıdır və bir çox hallarda bu müddət effektiv istifadə olunmur. Amma məsələ təkcə uzun tətildə deyil.

Azərbaycanda iqlim xüsusiyyəti nəzərə alınmalıdır. Məsələn, iyul və avqust aylarında ölkənin böyük hissəsində temperatur +35-40°C arasında dəyişir və məktəblərin çoxu hələ də kondisioner və soyutma sistemi ilə təmin olunmayıb. Bu halda tədris müddətini iyul ayına qədər uzatmaq real təhsilə yox, rəsmi “vaxt doldurmağa” çevrilə bilər. Danimarka və Almaniyada isə məktəblərdə şərait bu tip dəyişikliklərə uyğunlaşdırılıb və iqlim də daha mülayimdir.


Digər tərəfdən, Azərbaycan ailə modeli hələ də yay tətilini ailəvi birlik, kəndə getmək, babagilə yollanmaq, yay məktəblərində iştirak və fərdi inkişaf üçün istifadə edir. Yay tətili təkcə dərsdən uzaqlaşma deyil, həm də sosial və emosional inkişaf üçün önəmlidir.

Əgər tədris müddəti artırılacaqsa, bu zaman yay aylarında məktəb daxili yay məktəbləri, seçmə kurslar, istedadlı uşaqlar üçün əlavə inkişaf proqramları tətbiq olunmalıdır. Yəni məcburi ümumi dərs yox, seçimli və maraq əsaslı fəaliyyətlər təşkil olunmalıdır”.


K.Əsədov bildirib ki, əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər:


“Əgər bu addım atılacaqsa, ilk növbədə bu şərtlər mövcud olmalıdır: Məktəblərin maddi-texniki bazası (ventilyasiya, soyutma, rahatlaşdırılmış sinif strukturu) təmin olunmalı, tədris planları mərhələli yüngülləşdirilməli, lakin yay aylarında şagirdin yaradıcılığı və sosial bacarıqları üzərində qurulmuş modul dərslər əlavə olunmalı, müəllimlərin əmək haqqı və iş yükü də bu uzadılmış müddətə uyğunlaşdırılmalıdır ki, bu dəyişiklik müəllim üçün də stimul yaradılmalıdır. Valideynlərə və ictimaiyyətə bu addımın məqsədi və nəticəsi şəffaf və əsaslandırılmış şəkildə izah olunmalıdır.


Qısacası, Azərbaycan təhsilində tədris müddətinin artırılması yalnız “başqaları ilə müqayisə” motivasiyası ilə yox, yerli kontekst, iqlim şəraiti, mövcud resurslar, psixoloji və pedaqoji əsaslandırma ilə həyata keçirilməlidir.


Əgər məqsəd dərsin müddətini yox, dəyərini artırmaqdırsa, bu zaman dəyişikliklər əsaslandırılmış şəkildə həyata keçirilə bilər. Əks halda, bu qərar təhsilə yox, onun qəbul olunmasına mənfi təsir edəcək. Bizə çox dərs saatı yox, çox öyrədən dərs lazımdır”.



Həmçinin oxuyun:
Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

"Bu, tədrisin keyfiyyətinə təsir göstərəcək" - Dərslərin sentyabrın 1-də başlaması tələb olunur

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi  bu qərardır

Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi bu qərardır

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Vətəndaşların istirahət hüququ

Vətəndaşların istirahət hüququ

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür