AzTehsil.com


Xəbərlər / Müəllim / Ziyalılar
23 iyun 2022
3 952


Müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi bu qərardır




Təhsil eksperti: “Müstəqillik dövrümüzün ən yersiz, lazımsız, faydasız, zərərli qərarlarından biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır”


“Dərslər sentyabrın 1-dən başlamalıdır”. Bu təklifi millət vəkili Fazil Mustafa sosial şəbəkədə qeyd edib. Millət vəkili bildirib ki, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır:


“Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib. Məhz bu qərara görə Azərbaycanda bütün tədris planı ala-bula olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur. AZAL da təqribən bu qafa ilə biletə qiyməti yükləyir. Heç bir dəfə bu hərəkətin ağlabatan əsaslandırmasını eşitdinizmi? Burada da eyni qafa. Hava belə oldu, günəş elə getdi, külək belə əsdi - bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssalam. Jalüz yoxdursa, valideynlərə deyin, pul yığıb düzəltsinlər”.



Fazil Mustafa müəllimlərin də iyun ayının 15-dək olan mənasız uzatmalardan bezdiyini bildirib:


“Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə  dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”


Fazil Mustafanın bu təklifinə həmkarları da dəstək olub. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az saytına açıqlamasında dərs ilinin sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşmasının daha münasib olduğunu deyib:


“Amma burada dərs proqramları, orta məktəbdə tədris edilən fənlərin mövcud vəziyyəti və bütün məsələlər nəzərə alınmalıdır. İyun ayında istilər düşür. İnsanlarımız da əvvəldən öyrəşmişdilər ki, sentyabrın 1-i dərslər başlayır, mayın sonu bitir. İstənilən halda bu məsələdə Təhsil Nazirliyinin də mövqeyi önəmlidir”.


Məsələyə Təhsil Nazirliyinin reaksiyası gecikməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Bu baxımdan hər hansı şərh bildirilmir.


Xatırladaq ki, artıq yeddi ildir ki, ölkədə dərs ilinin müddəti dəyişdirilib. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir. Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Beləliklə, dərs ilinin müddəti yeddi ildir ki, dəyişdirilməsinə baxmayaraq, məsələ ilə bağlı narazılıqlar bitmir. Fazil Mustafanın bununla bağlı təklifindən sonra məsələ ilə bağlı müzakirələr daha da qızışıb.


Bəs təhsil ekspertləri bu haqda nə düşünür?



Nadir İsrafilov


Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov “Yeni Müsavat”a açıqlamasında bildirib:


“Kim nə deyir-desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır. Deputat Fazil Mustafanın bu həyəcan təbili ilə razılaşmamaq olmur.  Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı.


Bəzi saytların manşetə belə çıxardıqları “Azərbaycan təhsil sisteminə etiraz - valideynlər ayağa qalxdı” kimi başlıqlı yazılar, “müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslar və sosial şəbəkələrdəki digər paylaşmalarda valideynlər təhsil müddətinə etiraz edirdilər. Hətta dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya belə hazırlanmışdı.


Petisiyada qeyd edilirdi ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə otursun? Bunu fikirləşən yoxdur? Xahiş edirik dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin.  Petisiyanın bir çox yuxarı instansiyalara təqdim ediləcəyi nəzərdə tutulmuşdu. Bu yandan da Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı petisiyaya Milli Məclisin deputatı səviyyəsində dəstək belə gəlmişdi. İndiki kimi yadımdadır. O zaman da Fazıl Mustafa məsələyə ilk münasibət bildirənlərdən biri olmuşdu. Bu istiqamətdə bütün ictimai təşəbbüsləri dəstəkləməyə hazıram. Bu tarixlər müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik, tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.


Görəsən, uzun illərdən bəri alışdığımız ənənəvi “Bilik günü”nü 15 gün geriyə çəkməklə nəyə nail olduq, bundan qazancımız və ya itirdiyimiz nə oldu? Absurd dəyişikliyin nəticələrini təhlil edib, yaxşısını, pisini üzə çıxaran oldumu? Axı bu da milli ənənə olmasa da, uzun illərin sınağından çıxmış bir təcrübə idi. Əgər bütün dövrlərə dair adət və ənənələrimizə hörmətlə yanaşırıqsa, təhsil sahəsində qazandıqlarımızı “Sovet” və ya “Cümhuriyyət” dövrlərinə bölüb, bu ənənələrə biganə yanaşmaq ən yaxşı halda unutqanlıqdan başqa bir şey deyildi. Hələ müstəqilliyimizin ilk illərində qəbul edilmiş, 15 iyun 1999-cu il tarixdə təsdiq olunmuş  - “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın məqsədi - “Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” - əsas və başlıca vəzifəmiz olmalı idi.


Lakin ötən illər ərzində Təhsil Nazirliyi nədənsə “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004-cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanaraq, öz mövqeyində  israrlı oldu. Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alırdı.


Bununla belə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentlər məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab edilə bilməzdi. Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də, zəruri hesab olunan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz.


Yox, əgər beynəlxalq təcrübəni əsas götürürdüksə, bildiyim qədər dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə isə iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki temperaturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burada insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki, uzun illərin ənənə amili də var.


Nə qədər dərs ili başa çatmamış imtahanlar keçiriləcək - bir o qədər söz-söhbətlərin də arası kəsilməyəcək. DİM isə dərs ili başa çatmamış imtahanlar keçirməsini qrafikində yaranan sıxlıqla izah edir. Sıxlığı aradan qaldırmağın da bir və başlıca yolu  yenidən “başıbəlalı 1 sentyabr” ənənəsinə qayıtmaqdır".



Təhsil eksperti Kamran Əsədov isə qeyd edib:


“Bu çox aktual məsələdir. Dərslərin sentyabrın 1-dən başlaması təklifi də çox düzgün mövqedir. Azərbaycanda öyrəşilmiş, vərdiş edilmiş təqvim və tədris ili var. Biz birdən-birə təqvim ilini dəyişib, Yeni ilin başlanmasını yanvarın 1-i deyil, 15-nə keçirsək, il yenə də 365 gün olacaq. Amma bu məsələ təhsildə fərqlidir. Adətən avqust ayının sonlarından həm şagirdlər, həm də  valideynlər artıq özlərini təhsilə hazır hesab edirlər. Doğrudur, dünyanın bir sıra ölkələrində təhsil müxtəlif vaxtlarda başlayır. Lakin Azərbaycanın yerləşdiyi coğrafi mövqe, bizim tədris yükümüz, eyni zamanda bayram günlərinin sayını nəzərə alsaq, deputatımızın da dediyi kimi, dərslər sentyabrın 1-dən başlamalıdır. Bunun da əsas səbəblərindən biri budur ki, bayramlar və digər əlamətdar günlərlə bağlı təqvimdə nəzərdə tutulmuş dərslər çox təəssüf ki,  qeyri-iş gününə çevrilir. Ona görə də şagirdlərin enerjisini, tədris yükünü, qeyri-iş günlərini nəzərə alaraq, tədris ilinin başlanğıcı sentyabrın 1-dən başlayıb, mayın 31-i bitməlidir. Yəni tədris həftələrimiz 34 həftə olmalıdır. Beləliklə, Nazirlər Kabineti dərs ilinin sentyabrın 1-dən başlaması ilə bağlı qərar verməlidir.


Daha bir məsələ, artıq bir müddətdir ki, yay-qız vaxtına keçid ləğv edilib. Məsələn, səhər saat 6-da artıq hər yan işıqlı olur, biz daha tez işə başlayıb, vaxtımıza qənaət edə bilərik.


Bu baxımdan hesab edirəm ki, təqvim ilində keyfiyyətli təhsili təşkil etmək istəyiriksə, ilk öncə yenidən yay-qış vaxtına keçid etməliyik, ikincisi, dərslər 15 gün gec başlamamalıdır".


 





Загрузка...
Həmçinin oxuyun:
Dərslər sentyabrın 1-i başlamalıdır - Deputatdan TƏNQİD

Dərslər sentyabrın 1-i başlamalıdır - Deputatdan TƏNQİD

Uşaqlar niyə yalan danışır?

Uşaqlar niyə yalan danışır?

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Metodbirləşmələr

Metodbirləşmələr

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

"Guya, dərslər  sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə  nə olacaq ki?"-ekspertlərin rəyi

"Guya, dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də bitsə nə olacaq ki?"-ekspertlərin rəyi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R