Müəllimlərə güzəştli təhsil kartları veriləcək
Təhsilverənlər üçün təhsil kartlarının istifadəyə veriləcəyi vaxt açıqlanıb.
AzTehsil.com xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov məlumat verib.
Onun sözlərinə görə, kartın payız aylarında təqdim ediləcəyi gözlənilir:
"Prosesə “Tələbə plus” layihəsində iştirak edən 300-ə yaxın şirkətlə başlayacağıq. Daha sonra əməkdaşlığımızı genişləndirəcəyik”.