AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Sual / Digər Elan / Ekspert / Manşet / Bölgə
01 may 2025
689

MİQ və sertifikasiya imtahanları DİM-ə verilə bilər?



AzTehsil.com xəbər verir ki,Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirilən brifinqdə Modern.az-ın əməkdaşının sualını cavablandıran zaman bildirmişdi ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sıx əməkdaşlığı var, lazım olanda bir-birlərinə kömək edirlər.Bu əməkdaşlıq hansı sahələrdə edilir, Elm və Təhsil Nazirliyinin keçirdiyi MİQ və sertifikataşdırma imtahanlarında DİM-in təcrübəsinə müraciət olunurmu? Bu və digər suallara cavab almaq üçün Elm və Təhsil Nazirliyininə mürüciət etsək də, sorğumuza cavab verilmədi.Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elmin Nuri bildirib ki, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasındakı münasibətləri yüksək qiymətləndirir:“Yalnız proseslərin içərisində olan şəxslər bu əlaqələrin hansı istiqamətdə getdiyinin, pərdə arxasında nələrin müzakirə olundğunun, iki qurum arasındakı əlaqələrin nəyə xidmət etdiyinin fərqində ola bilərlər. Ola bilsin ki, vətəndaşlar bunun fərqində olmaya bilərlər. Amma pərdə arxasında gücləndirilən əməkdaşlıqlar yüksək dəyərləndirilməlidir. Mümkündür ki, hansısa illərdə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasındakı münasibətlərdə müəyyən soyuqluq olub. Amma son bir neçə il üçün deyə bilərəm ki, bugünkü ETN və DİM rəhbərliyi arasında qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir.Müəllimlərin işə qəbulu (MİQ) və sertifikasiya prosesində ortaq əməkdaşlığın olacağını düşünmürəm.Dövlət İmtahan Mərkəzi bir çox qurumlardan imtahan keçirmək üçün sifariş alır və həyata keçirir. Amma Elm və Təhsil Nazirliyi öz tabeliyində olan müəllimlərin işə qəbulu və sertifikasiyası üçün bu prosesi özü həyata keçirir. Demək ki, onların seçimləri budur. Sosial şəbəkələrdə çox rəylər oxuyub görürük ki, cəmiyyət içərisində bu imtahanların DİM tərəfindən keçirilməsini istəyənlər var. Amma görürük ki, ETN bu fikirdə deyil. Burada mənfi və müsbət halların olması ayrı mövzudur, amma fakt olaraq bu proses Nazirlik tərəfindən həyata keçirilir. DİM burada ETN-ə töhfə verə bilər. Məsələn, DİM Nazirliyin alt qurumları ilə müzakirələr apara, öz təcrübələrini onlarla bölüşə bilər. DİM son 10 il ərzində dünyada imtahan keçirən qurumların təcrübəsini öyrənib və tətbiq edir. Burada da prosesə nəzarət etməsələr də məsləhətverici funksiyada çıxış edə bilərlər”.E.Nuri deyib ki, DİM imtahan keçirmə və qiymətləndirmə ilə bağlı dünya çapında sertifikat almış bir qurumdur:“Bu qurum təbii ki, imtahan prosesini Elm və Təhsil Nazirliyindən, yaxud digər hər hansı qurumdan daha yaxşı keçirəcək. Amma bir qurum özünə məxsus olan prosesi ona etibar etmirsə, buna qarışa bilmərik. Biz bu gün ETN-ə deyə bilmərik ki, səlahiyyətində olan imtahanları DİM-ə təhvil versin. Problemlər var, bunları həll etmək üçün Nazirlik DİM-lə əməkdaşlıq edə bilər. DİM mövcud problemlərin həlli istiqamətində öz paketlərini hazırlayıb Nazirliyə təqdim edə bilər. Mən bu addımı alqışlayaram. Hələlik razı deyiləm ki, ETN kənarda qalsın və imtahanlar DİM-ə həvalə edilsin. Amma ola bilsin ki, Nazirlik özü bununla bağlı qərar versin. Bu zaman da Nazirlik sifarişçi olaraq DİM-ə müraciət edəcək, qurumlar arasında müqavilə bağlanacaq. Biz siravi vətəndaş olaraq buna qarışa bilmərik. Bu zaman da Nazirlik sifarişçi olur. Amma ETN DİM-in sifarişçilərindən biri olmaq istəmirsə, biz onu nədəsə günahlandıra bilmərik”.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"