Bu müəllimlərin NƏZƏRİNƏ
AzTehsil.com xəbər verir ki, iş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə ; Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.İlkin vakansiya seçimi 27 aprel 11:00-dək davam edəcək.Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.