AzTehsil.com


Xəbərlər / Müəllim
05 iyun 2019
4 149


İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur



İş yerini dəyişmək istəyən müəllimlərə hansı hallarda güzəşt olunur

 

 
Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsi zamanı namizədlər üçün nəzərə alınacaq sosial amilləri açıqlayıb.

Nazirlikdən  verilən məlumata görə, yerdəyişmə müsabiqəsi nəzərə alınan sosial amillər ər və ya arvadın hərbçi olması, şəhid ailəsinin üzvü olma, namizədin iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişməsidir.

Bu sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyat zamanı ərizələrinə tələb olunan bəzi sənədləri yükləməlidirlər.

Əri və ya arvadı hərbçi olduqda namizəd nikah haqqında şəhadətnamənin surətini, ər və ya arvadın hərbçi olduğunu təsdiq edən sənədin (xidməti vəsiqə və ya arayış) surətini, şəhid ailəsinin üzvü olduqda şəhid ailəsinin üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin surətini, iş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surətini, qeyd olunan bu şərtləri ödədikdə sosial amilləri təsdiq edən bütün sənədlərin surətini sistemə əlavə etməlidirlər.

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılıb. Elektron sənəd qəbulu 10 iyun saat 23:59-da başa çatacaq.Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.

Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq.



Загрузка...
Həmçinin oxuyun:
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ

Müəllimlərin yerdəyişməsinə başlanılır

Müəllimlərin yerdəyişməsinə başlanılır

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

İş gözləyən müəllimlərə müjdə

İş gözləyən müəllimlərə müjdə

İş yerini dəyişən müəllimlərin sayı  AÇIQLADI

İş yerini dəyişən müəllimlərin sayı AÇIQLADI

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu elektron qaydada aparılacaq

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

2018-ci il MİQ üzrə göstəricilər-STATİSTİKA

2018-ci il MİQ üzrə göstəricilər-STATİSTİKA

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin qaydalarında hər hansı dəyişiklik olacaq?

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin qaydalarında hər hansı dəyişiklik olacaq?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verildi

Müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna start verildi

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

Müsahibə mərhələsində müəllim olmaq istəyən 3627 namizəd uğur qazanıb

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər

Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

Artıq bütün müəllimlər eyni vaxtda müsabiqədə iştirak edəcəklər

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ