“Əgər şəhid olsam, məni də belə yola salarsınız”
19 yaşlı Şəhid İlqar Vüqar oğlu Bürcəliyevin əziz xatirəsinə.
İlqarı məktəb illərindən həmişə dəli-dolu biri kimi tanımışam. Bəlkə də onu bu zirvəyə çatdıran elə bu xüsusiyyəti idi. Dostları deyir ki, 2016-cı ildə oxuduğu məktəbin digər şəhidi Mahir Quliyevi son mənzilə yola salarkən belə bir ifadə işlətmişdi İlqar: "Əgər şəhid olsam, məni də belə yola salarsınız”. Sanki hiss edirdi…
Döyüşə gedəndə də hamıyla halallaşıb, bəlkə də qayıtmayacam demişdi. Axı deyirlər onlar hiss edir… İlqarın anası Elnurə xala –Elnurə Bürcəliyeva də hiss edirmiş olacaqları… İlqarın atası Vüqar Bürcəliyev xəbəri öyrəndikdən sonra Gəncəyə yola düşüblər. Xəbəri anadan gizləyiblər, İlqarın yaralı olduğunu deyiblər. O, yalnız Gəncəyə çatandan sonra acı xəbəri bilib.
Əslən Gəncədən olan İlqar Bürcəliyev 2001- ci ildə Moskva şəhərində anadan olub. Orta məktəbi Bakıda oxuyub. İlqar həm də futbolçu idi, 13 yaşından Vətən Futbol Klubunda oynamağa başlayıb. 16 yaşında Kəpəz Futbol Klubunda uğurlu nəticə göstərərək Zirə Futbol Klubuna transfer olunub. İlqar Milli komandaya da dəvət almışdı. Qardaşı Tamerlan Bürcəliyev də İlqar kimi futbolçudur, Zirə Futbol klubunda oynayır.
İlqarın evlərində bir guşəsi var, hər şəhidin evində olduğu kimi. Orada bir gündəlik gözə dəyir. İlqar bu gündəliyi hərbi xidmətdə olarkən yazıb. Gündəlikdə bir yazı diqqəti çəkir: "İşdir, qalsam, təxris olunmasam və cəbhəyə düşsəm bir Mübariz də mən olacam, elə bir hiss var içimdə…”


Şəhadətinin 14-cü günündə gələn övlad payı

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Məktəb direktoru Vətən müharibəsində şəhid olub

Şəhidlər ölməz, Vətən bölünməz!

Şəhidlərimizin qəhrəmanlıqları niyə dərsliklərə salınmır?

Polad kimi Mübariz qəhrəmanlarımız.

Rəssamlıq Akademiyasının tələbəsi şəhid polkovnik İlqar Mirzəyevin büstünü hazırlayıb

18 yaşlı şəhidimizin son sözləri: Ana, sən şəhid anasısan, dik dayan!

Tələbə şəhid generalın büstünü HAZIRLADI - FOTO

Şəhid polkovnikin övladı: “Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm” - VİDEO

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundu

8 ildən sonra bu gün ata olan ŞƏHİDİMİZ

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Şəhid gizirimizin oğlu atasının yolunu davam etdirəcək

Kənd müəllimindən nümunəvi addım—Şəhid şagirdinə barelyef hazırladı

Ana şəhid olan oğluna görə erməninin ürəyini çıxardıb - Bakıya oğlunun qəbrinin üstünə gətirdi - FOTOLAR

Dünən şəhid olan əsgərimizin ürəkləri dağlayan statusu - FOTO

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

RƏZALƏT !!! Bank işçiləri ŞƏHİD ailəsini təhdid edir ...