AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Digər Elan / Bölgə
20 aprel 2025
667

Nazir müavini iclas keçirib...- SƏBƏB



Nazir müavini nazirlik və tabe qurumların kommunikasiyaya məsul əməkdaşları ilə görüşüb.


Aprelin 17-də Elm və Təhsil Nazirliyinin ( ETN) təşkilatçılığı ilə STEAM İnnovasiya Mərkəzində “Effektiv kommunikasiyanın qurulması ilə bağlı ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə görüş” keçirilib. 


AzTehsil.com xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Təhsil Tələbə Krediti Fondu, Təhsilin İnkişafı Fondu, Bakı şəhəri və regional təhsil idarələrinin, nazirlik tərəfindən həyata keçirilən innovativ layihələrin PR mütəxəssisləri, eləcə də "Azərbaycan nüəllimi” qəzeti və Təhsil TV-nin əməkdaşları iştirak ediblər.

 


Görüşdə salamlama nitqi ilə çıxış edən ETN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev bildirib ki, görüşün əsas məqsədi nazirlik və onun tabeliyindəki qurumlarda ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşlar üçün qarşılıqlı fikir mübadiləsi imkanlarını genişləndirmək, mövcud çətinlikləri, gözləntiləri və gələcək planları vahid platformada müzakirə etməkdir.

 


Səbuhi Rzayev çıxışında qurumlar arasında əməkdaşlıq imkanları barədə məlumat verib. Əlavə edib ki, vahid yanaşma və qarşılıqlı əlaqənin qurulması xüsusi əhəmiyyət kəsb edir. Şöbə müdiri kommunikasiya fəaliyyətinin düzgün təşkili ilə bağlı mühüm məqamlara toxunaraq xüsusilə böhran kommunikasiyasının vacibliyini vurğulayıb. Səbuhi Rzayevin sözlərinə görə, düzgün qurulmuş kommunikasiya həm ictimaiyyətin məlumatlandırılması, həm də qurumun imicinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.

 


Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir dövrdə ictimaiyyətlə əlaqələr strukturlarının fəaliyyət istiqamətləri: məqsəd və vəzifələr" mövzusunda çıxış edib. Firudin Qurbanov qeyd edib ki, təhsil sahəsində aparılan islahatların cəmiyyətə düzgün və dolğun şəkildə çatdırılması üçün kommunikasiya işinin müasir yanaşmalara uyğun qurulması vacibdir. İctimaiyyətlə əlaqələr idarəetmənin mühüm funksiyasıdır və bu fəaliyyət təşkilatla ictimaiyyət, eləcə də əməkdaşlar arasında etibarlı münasibətlərin qurulmasına və qorunmasına xidmət edir.

 


Onun sözlərinə görə, müasir dövr sosial texnologiyalara və ictimai əlaqələrə yeni tələblər irəli sürür. Media vasitəsilə ictimai sabitliyi poza biləcək təsirlərə qarşı adekvat sosial texnologiyaların hazırlanması və tətbiqi olduqca vacibdir. Bu texnologiyalar həm ictimai münasibətlərin tənzimlənməsində, həm də informasiya təhlükəsizliyinin təminində mühüm rol oynayır. Nazir müavini əlavə edib ki, məqsəd nazirliyin informasiya mövqeyini daha da gücləndirməkdir. İctimaiyyət və media ilə dayanıqlı əlaqələrin qurulması, məlumatların düzgün toplanması və yayılması, media nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi bu sahədə çalışan əməkdaşların əsas vəzifələrindəndir. 

Firudin Qurbanov qeyd edib ki, peşəkar şəkildə hazırlanmış kommunikasiya konsepsiyası yalnız ictimaiyyətlə əlaqələr qurumlarının deyil, bütövlükdə elm və təhsil sisteminin uğurlarını şərtləndirə bilər. Konsepsiyada PR fəaliyyəti hər zaman strateji məqsədlərə yönəlməlidir. 

 Çıxış edən digər görüş iştirakçıları da öz fikirlərini və tövsiyələrini bölüşüblər. 

 

Görüş ümumi müzakirələrlə başa çatıb.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya