Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlər davam edir
Sertifikatlaşdırma prosesi ilə bağlı maarifləndirici görüşlərə başlanılıb.
Saatlı rayon təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan bir qrup müəllimin iştirakı ilə sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov sertifikasiya qaydaları haqqında müəllimlərə ətraflı məlumat verərək sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb. O, müəllimlərin öz səriştələrini artırmaq baxımından sertifikatlaşdırma prosesinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Mil-Muğan RTİ-nin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Mirhəmid Bağırov sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verib.
AzTehsil.com xəbər verir ki, görüşdə imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici görüşlərin digər rayonlarda keçirilməsi nəzərdə tutulur.