“Dövlət satınalmaları ilə bağlı yeniliklər” mövzusunda təlim keçirilib
AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq 27, 28 fevral və 4, 5 mart 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Tural İsgəndərov tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət satınalmaları ilə bağlı yeniliklər” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılar dövlət satınalmaları anlayışı və planlaşdırılması, dövlət satınalmalarının təşkili, metodları və onların tətbiq şərtləri, təchizatçıların uyğunluq göstəriciləri, təchizatçıların uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı, dövlət satınalmaları zamanı tələb edilən zəmanət və tender təkliflərininin qiymətləndirilməsi və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Mənbə: Dövlət imtahan mərkəzi