AzTehsil.com


Xəbərlər / Müəllim
17 dekabr 2023
1 394


Nazir şikayət etdi: Müəllim çoxluğunun səbəbi nədir? - FOTO




“Nə qədər ki, tələb-təklif prinsipi gözlənilməyəcək, müəllim artıqlığı bir o qədər qaçılmaz olacaq”.


Bunu aztehsil.com-a açıqlamasında təhsil eksperti Nadir İslafilov elm və təhsil naziri Emin Əmrullayevin məktəblərdə müəllimlərin sayının çox olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.



Onun sözlərinə görə, elm və təhsil nazirinin gec və ya tez məktəblərimizdə müəllim çoxluğunu dilə gətirməsi və buna təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur kimi münasibət bildirməsi gözlənilən idi:


“Çünki təhsil sistemində yetəri qədər kadr artıqlığının yaranması artıq danılmaz fakt kimi uzun müddət idi ki, yazılı və elektron medianın gündəmindən düşmürdü və heç də hamı tərəfindən birmənalı qarşılanmırdı. Başqa sözlə, ölkəmizdə müəllimlərin sayının tələbatdan iki-üç dəfədən də çox artıqlığı həllini gözləyən məsələlərdən birinə çevrilmişdi. Çoxlarına məlumdur ki, sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb, bir də orta ixtisas məktəbi fəaliyyət göstərirdi, onların da məzunları ölkədə müəllimə olan tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olurdu. Ozamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirdikdən sonra təyinat əsasında gəldiyi doğma rayonuna göndərilirdi. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi”.


Ekspert bildirib ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı 70-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul olublar:


“1929-cu ildən “Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması”, 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən təhsil müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda 11 filialı yaradıldı. Onların bir əksəriyyətinin taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı. Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən dəyişikliklərin diplomunda müəllim sözü olmayanların müəllim olmalarına imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırdı”.

Nadir İsrafilov qeyd edib ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib:


“Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən altı saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, altı saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir”. 


“Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək” sualına ekspertin cavabı belə olub:


“Vəziyyətdən çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükü stavkasını bir müddət əvvəl olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə, ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini azaltmaqda görürəm. Bu halda xeyli əlavə dərs saatı yarana bilər ki, bu da xeyli sayda müəllimin işlə təmin olunması deməkdir. İbtidai siniflərdə “yığma dərslər” hesabına süni surətdə müəllim artıqlığı yaratmaq da yol verilməzdir. Baxmayaraq ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər ordusunun yaranması, müəllim nüfuzunun sarsılması predmetidir”.


Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə müəllimlərin sayının çox olduğunu bildirib. O, bildirib ki, ”Təhsil sistemində müəllimlərin sayı lazım olandan çoxdur. Elə orta məktəblər var ki, orada 4 ibtidai sinifdə 28-30 müəllim işləyir”. 




Загрузка...
Həmçinin oxuyun:
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Azərbaycanda “işsiz müəllimlər ordusu” yaranıb - Ekspert həyəcan təbili çaldı

Azərbaycanda “işsiz müəllimlər ordusu” yaranıb - Ekspert həyəcan təbili çaldı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Təlim prinsiplərinin səciyyəsi və vəhdəti

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ