AzTehsil.com


Xəbərlər / Ekspert
20 iyul 2023
898


Azərbaycanda “işsiz müəllimlər ordusu” yaranıb - Ekspert həyəcan təbili çaldı




Azərbaycanda pedaqoji ixtisasları bitirən kütləvi işsizlər ordusu yaranıb. Bunu müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə zamanı da görürük. Bu il 10 min vakant yerə qarşı 60 min namizəd sənəd verib.


 Müəllimliyə namizədlərin sayı çox, orta məktəblərdəki vakant yerlərin sayı isə azdır. Üstəlik də hər il müxtəlif universitetlərdə müəllimliyi bitirənlər də iş axtaranların sırasına daxil olur. 


 Bəs müəllimliyi bitirənlərin işsizlik problemi necə həll olunmalırıdır? Əgər iş yerləri yoxdursa, müəllimlik ixtisaslarına bu qədər tələbə qəbulu niyə aparılır? Bu, "işsiz müəllimlər ordusu" yaratmaq demək deyilmi? 


 Belə təkliflər var ki, Azərbaycan Dövlət Pedaqoji Universitet istisna olmaqla, bütün digər ali təhsil müəssisələrindəki pedaqoji ixtisaslar ləğv olunsun. Ya da ali məktəblərdəki pedaqoji ixtisaslara qəbul kəskin şəkildə azaldılsın.


Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında problemin yaranma səbəbləri və həlli yolları haqqında danışıb. 


 O deyib ki, pedaqoji sahədə yetəri qədər kadr artıqlığının yaranması danılmaz faktdır.


"Hazırda ölkəmizdə müəllimlərin sayı tələbatdan iki-üç dəfədən də artıqdır. Bu da səbəbsiz deyil. Yəqin ki, çoxlarına məlum olmamış deyil, keçmiş sovet dönəmində müəllim hazırlığı ilə məşğul olan üç ali məktəb (Pedaqoji İnstitut, Rus dili və Ədəbiyyatı İnstitutu və Xarici Dillər İnstitutu) bir də orta ixtisas məktəbi (Sabir adına Pedoqoji Texnikum) var idi ki, onların da məzunları ölkədə müəllimə olan tələbatı tam ödəyirdi. O zaman təhsildə tələb-təklif adlanan bir prinsip var idi. Həmin illər ərzində müəllimlərin işə qəbulu təyinatla olub. O zamankı Maarif Nazirliyi bütün rayonlardan tələbatı öyrənir və buna müvafiq tələbə qəbulu həyata keçirilirdi. Məzun ali məktəbi bitirəndən sonra, məsələn, Quba rayonundan idisə və oradan sifariş gəlibsə, onu Qubaya, Şəkidən gəlibsə, Şəkiyə, Lənkərandan gəlibsə, Lənkərana göndərirdilər. Ailə vəziyyəti nəzərə alınaraq azad təyinat alanlar da olurdu. Növbəlik əsasında onlar da ərazi üzrə işlə təmin olunurdular. Başqa sözlə, müəllim üçün işsizlik anlayışı yad idi.


Müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yarandı. 70-dən çox ali və orta ixtisas təhsili müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular. 1929-cu ildən "Pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması", 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən təhsil müəssisəsinin adı 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” oldu. Onun Gəncə, Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala kimi rayonlarda 11 filialı yaradıldı. Onların bir çoxunun taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu. Zaman-zaman bir neçə filialda korrupsiya faktları aşkarlandı, saxta diplom qalmaqalları yaşandı, nəticədə institutun neçə filialı ləğv olundu, cəmiyyətdə instituta qarşı mənfi ictimai rəy formalaşdı.


Hələ bu azmış kimi, o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik” ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, zootexniklər, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq” ibtidai sinif müəllimlərinə “çevrildilər.” Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın” effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər ki, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? İndi də deyirik ki, elə müəllimlərimiz var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər”. 



Ekspert müəllimlər üçün vakant yerlərin azalmasında əsas səbəblərdən biri kimi saxta diplomları göstərib:

 ““Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda edilən dəyişikliklərin diplomunda “müəllim” sözü olmayanların müəllim olmalarına imkan verməsi müəllim sıxlığı ilə bağlı vəziyyəti bir qədər də ağırlaşdırır. Məlumdur ki, Nazirlər Kabineti 30 aprel 2020-ci il tarixli qərarı ilə “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. Bu Qaydanın 2.1. bəndinə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Digər, 2.2. bəndinə əsasən isə bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır. Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.


 Nəzərə alsaq ki, dövlət nümunəli təhsil sənədi olmayan, MİQ-dən kənar işə qəbul olunan, diaqnostik qiymətləndirilməyə buraxılmayan, hal-hazırda ümumi müəllimlərin 4 faizini təşkil edən 6 saata yaxın dərs deyən, 120 -150 manata işləyən 4 500-ə yaxın, onlardan bir qədər artıq məvacib alan, 6 saatdan 12 saata qədər dərs deyən 18 mindən artıq müəllimimiz var və onların narahatçılığı və nigarançılığı da hardasa başadüşüləndir. Bəs bu müəllimlərin taleyüklü vəziyyətinə nə vaxt aydınlıq gətiriləcək? Bəlkə, fürsət varkən, daha 5 il gözləməyib, növbəti olaraq bu kateqoriyadan olan müəllimlərin sertifikasıyasını ertələyərək bu məsələyə birdəfəlik əncam çəkək…? Elə olmasın ki, sabah ya o birisi gün “repetitor müəllim”, “bunker repetitoru” ilə yanaşı, pedaqoji leksikonumuza “6 saatlıq müəllim”, “Müəllimin üçdə biri” kimi yeni terminlər daxil olsun. Ümumiyyətlə “4-5 saat dərsi olan müəllimlər” nə deməkdir? Əgər o müəllimdirsə, niyə heç olmasa minimum 1 stavka-18 saat dərs yükü ilə təmin olunmamalıdır? Yox, əgər müəllim deyilsə, onun məktədə nə işi var?”. 


 Məsələnin həlli yolu kimi N.İsrafilov müəllimlərin dərs yükünün azaldılmasını təklif edib: 


“Vəziyyətdən çıxış yolunu ya müəllimlərin həftəlik dərs yükünü bir müddət əvvəl olduğu kimi 18 saatdan 12 saata endirməklə vəziyyəti nisbətən stabilləşdirməkdə, ya da tələb-təklif prinsipi nəzərə alınmaqla müəllimlik ixtisası üzrə plan yerlərini azaltmaqda görürəm. Baxmayaraq ki, kimlər üçünsə müəllim artıqlığı müəllimlər arasında rəqabətin gücləndirilməsi alətidir, bununla belə bu dərəcədə ifrat artıqlıq rəqabət deyil, işsizlər ordusunun yaranması, müəllim nüfuzunun sarsıılması predmetidir”.




Загрузка...
Həmçinin oxuyun:
Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Təhsildə keyfiyyət müəllimdən başlayır

Təhsildə keyfiyyət müəllimdən başlayır

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ali məktəblərdəki formal təhsil kursların  “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

Ali məktəblərdəki formal təhsil kursların “cibini doldurur” – “İşsizlik ixtisası”nı öyrədən universitetlər

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Şəmil Sadiq: Müəllimlərin İşə Qəbulu İmtahanında nələr baş verir

Şəmil Sadiq: Müəllimlərin İşə Qəbulu İmtahanında nələr baş verir

Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT

Azərbaycanlı həkim həyəcan təbili çaldı: “Karantin davranışları sərtləşdirilməlidir, əks halda…” - MÜRACİƏT

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Diplomu əlində iş axtaranlar

Diplomu əlində iş axtaranlar

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"