AzTehsil.com


Xəbərlər
05 sentyabr 2021
1 120


Diplomu əlində iş axtaranlar



 

Müəllimlərin İşə Qəbulu imtahanlarında iştirak edənlərin sayı vakant elan olunan yerlərin sayını dəfələrlə üstələyir. Hətta ekspertlər ölkədə mövcud tələbatdan üç dəfə artıq müəllim olduğunu bildirirlər.

Hər il dövlət ali təhsil müəssisələrini yüzlərlə pedaqoji kadr bitirir. Amma dövlət ümumtəhsil məktəblərində vakant yerlərin azlığı onları işsizlik problemi ilə üzləşdirir. Diplomları əllərində qalan müəllimlər vakansiya elanlarını həsrətlə gözləyirlər.

Mövzuyla əlaqəli "Kaspi” qəzetinin araşdırmasını təqdim edirik:

Tələbatdan üç dəfə artıq

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında iştirak edənlərin sayı vakant elan olunan yerlərin sayını dəfələrlə üstələyir. Hətta ekspertlər ölkədə mövcud tələbatdan üç dəfə artıq müəllim olduğunu bildirirlər. Məsələn, 2020/2021-ci tədris ili üçün məktəblərdə müəllim peşəsi üzrə 8 000-ə yaxın vakansiya olsa da, MİQ imtahanlarında iştirak üçün 60 minə yaxın müəllim qeydiyyatdan keçib. Onlardan 46 930 nəfər  imtahanlarda iştirak edib. Ümumilikdə bu il ötən illə müqayisədə MİQ imtahanında iştirak edərək müəllim işləmək arzusunda olanların sayı 46 min nəfərdən çox artıb.

Nazir problemdən danışır

Azərbaycanda müəllim olmaq istəyənlərin sayının kəskin artdığını bildirən təhsil naziri Emin Əmrullayev müəllim sayından asılı olaraq yerlərin vakansiyaya çıxarıldığını qeyd edib: "Bu il ilkin ehtimal edilən vakant yerlərin sayı 7 718 olub. Orta hesabla hər il 3 000 vakant yer təkrar olaraq müsabiqəyə çıxarılır. Orada da ya müddətli vakant yerlər olur, ya da ucqar yerlər olduğu üçün o yerlərə getmirlər” – deyə nazir bildirib. E.Əmrullayev əlavə edib ki, hazırda müəllim işləyənlərdən 1 533 nəfəri 60-64 yaş aralığındadır: "116 nəfər isə 65 yaşdan yuxarıdır”.

Mövcud durumda "Müəllim peşəsi üzrə kadr hazırlığı ilə işlə təmin olunma balansını necə tənzimləməli” sualı yaranıb. Dünənə qədər "müəllimliyə həvəs azalıb” deyə şikayətləndiyimiz halda, bu gün "müəllim bolluğu”ndan yaranan problemləri həll etmək üçün hansı addımlar atılmalıdır?

150 min müəllim

Hazırda Azərbaycanda 4 447 orta ümumtəhsil müəssisəsinin olduğunu bildirən təhsil eksperti Kamran Əsədov "Kaspi”yə açıqlamasında həmin məktəblərdə 150 min müəllimin çalışdığını deyir: "Ölkəmizdə 1,6 milyon şagird var və rəqəm olaraq hər 10 şagirdə bir müəllim düşür. Bakı şəhərində bu rəqəm daha aşağıdır. Bakıda 320 orta ümumtəhsil məktəbində 440 min şagird oxuyur və 28 min müəllim işləyir. Bu o deməkdir ki, Bakıda doqquz şagirdə bir müəllim düşür. Bölgələrdə bəzən 10-15 şagirdə bir müəllim düşür”.

Hər il 12 min yeni kadr

Ekspertin sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrini hər il 12 minə yaxın pedaqoji kadr bitirir. Onların işlə təmin olunması ilə bağlı ciddi problemlər qalmaqdadır: "Problemlər vakant yerlərin azlığı ilə bağlıdır. Rəqəmlərə baxsaq, deyə bilərik ki, vakant yerlər hər il yaşı 65-dən yuxarı olan müəllimlərin əmək müqaviləsinə xitam verildikdən sonra çıxarılır. Həmçinin bu və ya digər səbəblərdən işdən uzaqlaşan müəllimlərin yerləri də vakant yer kimi təqdim olunur. Hətta bir çox hallarda müəllim işdən azad olunsa və ya yaşa görə təqaüdə çıxsa belə, o yer vakant olmur. Bu o deməkdir ki, həmin məktəbdə yetərli qədər müəllim var. Ancaq bu o demək deyil ki, Azərbaycan ali təhsil müəssisələri pedaqoji kadr hazırlamamalıdır. Çünki dövlət təkcə orta məktəblər üçün pedaqoji kadr hazırlamır. Özəl təhsil müəssisələri və ya digər dövlət müəssisələri var ki, onlarda da vəzifələrin tutulması üçün ali təhsilli şəxslərə ehtiyac var”.

Ali təhsilli vətəndaşların sayı azdır

Ekspert hazırda ölkədə ali təhsilli vətəndaşların sayının az olduğunu bildirir: "Ölkə əhalisinin 17 faizi ali təhsillidir. Min nəfərdən 170 nəfəri, hər 100 nəfərdən 1 nəfəri ali təhsillidir. Bu, aşağı rəqəmdir. Dayanıqlı iqtisadiyyatın formalaşması üçün ən azı cəmiyyətin 30 faizi ali təhsilli olmalıdır”. Ekspert təklif edir ki, ümumtəhsil müəssisələrində vakant yerlərin yaradılması üçün müəllimlərin vahid əmək haqqı olsun: "Müəllimlər də standart əmək haqqı almalıdırlar. Yəni 12 saatlıq "stavka” müəyyənləşməlidir. Bu zaman müəllim 500 manat əmək haqqı almalıdır. Bu, digər dərs saatlarının vakant olmasına gətirib çıxaracaq. Çox dərs saatı olan müəllimlər bir çox hallarda keyfiyyətli tədrisi təşkil edə bilmirlər. Buna görə hesab edirəm ki, müəllimlərin vahid vəzifə maaşı müəyyənləşməlidir”.

Mütəmadi sertifikasiya olmalıdır

Ekspert hesab edir ki, təhsil sistemində mütəmadi olaraq sertifikasiya həyata keçirilməlidir. Tədris göstəriciləri zəif, bilik və bacarıqları standartdan aşağı olan şəxslərlə bağlanmış müqavilələrə xitam verilməlidir: "Daha yüksək göstəricilərə, imtahan nəticələrinə malik olan şəxslər tədris prosesində müəllim olaraq iştirak etməlidirlər”. Ekspert hesab edir ki, müəllimlərin təqaüdə çıxma yaşında da dəyişiklik edilməlidir.

Müəllim əməyi stimullaşdırılmalıdır

Ekspert hesab edir ki, müəllim əməyi stimullaşdırılmalıdır. Belə ki, müəllimlərin sosial vəziyyəti daha da yaxşı olmalıdır ki, onlar həm normal əməkhaqqı alsınlar, həm də vaxtı gələndə təqaüdə tez çıxsınlar: "Yəni 65 yaşa qədər gözləməyə ehtiyac yoxdur. Onlar o yaşda təqaüdə çıxanda da yetərli qədər əməkhaqqı almırlar. Biz onları standart əməkhaqqı ilə çıxarsaq, müəllimlər vaxtından əvvəl təqaüdə çıxacaqlar və onların yerləri gənclərə veriləcək”.

Hələlik isə kadr hazırlığı ilə müəllimlərin işlə təminatında pozulmuş tələb-təklif prinsipini tənzimləmək mümkün deyil. Ali məktəblər müəllim peşəsi üzrə kadr hazırlığını davam etdirməkdə, müəllimlər diplomu əllərində iş axtarmaqdadır.



Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Vəfa Yaqublu paytaxt məktəblərində vakant yerlərin az olmasının səbəbini açıqlayıb

Vəfa Yaqublu paytaxt məktəblərində vakant yerlərin az olmasının səbəbini açıqlayıb

Bakı, Sumqayıt və Abşeronda 1055 müəllim yeri vakantdır

Bakı, Sumqayıt və Abşeronda 1055 müəllim yeri vakantdır

"Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdır" - Ekspert

"Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdır" - Ekspert

Eşqi Bağırov: Ümumtəhsil müəssisələrində 8 mindən çox vakant müəllim yeri var

Eşqi Bağırov: Ümumtəhsil müəssisələrində 8 mindən çox vakant müəllim yeri var

Emin Əmrullayev: “Növbəti illərdə şagirdlərin sayı azalacaq”

Emin Əmrullayev: “Növbəti illərdə şagirdlərin sayı azalacaq”

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı

Vakant yerlərin sayı açıqlandı.

Vakant yerlərin sayı açıqlandı.

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

MİQ-da gizlədilən vakansiyalara ekspertin fikri.."Bakı üçün vakansiya olduqca azdır"

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Müəllim peşəsi -2019

Müəllim peşəsi -2019

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçiminə başlanılır

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçiminə başlanılır

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ

Müəllimlərin işə qəbulu haqqında yeni MƏLUMAT - VAKANT yerlər ...

Müəllimlərin işə qəbulu haqqında yeni MƏLUMAT - VAKANT yerlər ...

Ən çox və ən az vakant müəllim yerləri bu rayonlardadır - ADLAR

Ən çox və ən az vakant müəllim yerləri bu rayonlardadır - ADLAR

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi davam edir.

Müəllimlərin   maaşı  – Təəccübləndirici rəqəmlər

Müəllimlərin maaşı – Təəccübləndirici rəqəmlər