Qarabağ Universitetində erməniəsilli müəllim çalışa bilərmi? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Qarabağ Universitetində erməniəsilli müəllimlərin çalışması məsələsi ilə bağlı verilən suala cavab verib.
Aztehsil.com-un məlumatına görə, nazir media üçün keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan hər zaman etnik, milli, dini kimliyindən asılı olmayaraq tolerant ölkədir:
“Azərbaycan təhsilində eyni yanaşma olub və olacaq”.