AzTehsil.com


Xəbərlər / Ekspert
24 may 2020
1 077


Dini maariflənmə kompaniya xarakteri daşıyır - Nadir İsrafilov



Dini maariflənmə kompaniya xarakteri daşıyır - Nadir İsrafilov

 

"İnsanın mənəvi dünyası əslində dünyadakı mənaların dünyasıdır.”

Mən dindar deyiləm. Açığını deyim ki, bir vaxtlar ali məktəblərdə və müxtəlif ixtisasartırma və yenidənhazırlanma kurslarında dinləyicilərə marksizm-leninizm nəzəriyyəsinə əsaslanan materialist fəlsəfəsindən mühazirələr də oxumuşam. Bununla belə dini dəyərlərə həmişə önəm vermişəm, dinimizi mənəvi dəyərlərimizin tərkib hissəsi hesab etmişəm. Olub ki, hətta Moskvada elmi fəaliyyətimlə bağlı işgüzar səfərlərimdən birində olarkən bukinist mağazasında son manatımı rus ərəbşünası Kraçkovskinin müqəddəs "Qurani-Kərim"in orijinal tərcüməsi olan "Koran" nüsxəsinin 1965-ci il nəşrinə və fransız Anri Massenin "İslam. Oçerk istorii" kitabına verib, qərib şəhərdə pulsuz günlər keçirmişəm. Lakin bütün bunlar mənim milli ruhuma, mənəvi düşüncələrimə təsir göstərməyib. Çünki dinin mənşəyi və mahiyyəti barədə lazım olduğu qədər bilgilərə yiyələnməyə daim səy göstərmişəm.

Kiminin İsa Məsihi - İisus Xristos, kiminin Musanı - Moisey, Habili - Abel, Qabili - Kayen, Nuhu - Noy, Yəqubu - Yakov, Yusifi - İosif, Süleymanı - Solomon və b. kimi tanımamasından asılı olmayaraq, əksəriyyətimiz Adəm (Adam) və Həvvanın (Yeva) övladları olduğumuzu qəbul edirik. Bununla belə çoxumuz toylarımızda bəy tərifi zamanı "Dəryada batıb Nuhun gəmisi, gəlsin bəyə xələt versin bəyin əmisi" sədaları altında pul toplayarkən Nuhun kimliyinə və nəçiliyinə belə varmırıq. Bəzi dindarlarımız, hətta özünü "hacı" zümrəsinə aid edənlərimiz belə Məryəm ilə Mariya, Həcər ilə Aqer, Rəbiyyə ilə Rebekka, Rahilə ilə Raxel arasındakı eyniyyətı anlamaqda çətinlik çəkərək, onları qarışıq salırlar, çünki, dinin bəşəri köklərinin fərqinə varmırlar. Sözümün canı nədir?

Bəlkə də ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, "təhsil müəssisələrində dinin tədrisinə ehtiyac varmı" sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılmasın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilməsin, diskussiyalara, debatlara, polemikalara səbəb olmasın, özünə bu qədər tərəfdar və ya əleyhdar toplamasın, bir çoxlarını tərəddüddə saxlamasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, mömin olub-olmamasından, konkret olaraq fərdi baxışlarından getmir və gedə də bilməz. Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir.

Yəni, dini maariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kampaniya xarakteri daşımaqdan o yana gedə bilməyib. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə, məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasında hələ də müəyyən tərəddüdlər var. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bununla belə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, təhsilin dünyəvi xarakterini qabardırıq.

Böyük alman filosofu İmmanuil Kant deyirdi ki, "Uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər”. Fridrix Hegel də məsələyə fərqli müstəvidə yanaşırdı: " Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər.”

Böyük filosofları bir kənara qoyub, dini ayinlərlə bağlı bir xatirəm yadım düşdü. Uşaqlıq illərim əsasəsən rus mühitində keçib. Rayonumuz şimal bölgəsində yerləşdiyindən və zavod ətrafı küçədə yaşadığımızdan, məhəlləmiz əsasən Rostov, Odessa və digər Rusiya şəhərlərindən zavoda işləməyə gələn sakinlərdən ibarət idi. Uşaq olduğumuzdan dəfn mərasimlərinə əyləncə kimi baxırdıq. Küçəmizdən keçən dəfn iştirakçılarına qoşulb kilsəyə gedər, keşişin icra etdiyi ayinlərə tamaşa edərdik. Əlində fırladığı tüstüləndirici əşya bizə xüsusilə maraqlı görünürdü. Bu ayin zamanı onun nə oxuduğunu va nədən bəhs etdiyini təbii ki, anlamırdıq.

Həyat elə gətirdi ki, ali məktəbi bitirib, yenidən şimal bölgəmizin rayonlarından birinin ərazisində yerləşən kənd məktəbinə təyinat aldım. Buranın da əhalisi əsasən Ekaterinanın mı, Yelizavetanın mı dövründə bu yerlərə sürgün edilmiş etnik qruplaşmalardan ibarət idi. Rus bölməsidə dərs deyirdim. Bir gün sinfə daxil olarkən gördüm ki, sinif otağında bir nəfər belə yoxdur. Əhəmiyyət vermədin, elə fikirləşdim ki, cədvəli səhv salmışam, yəqin idman dərsindədirlər. Növbəti dərsdə və növbəti siniflərdə də eyni vəziyyət təkrar olundu. Birdən ağlıma gəldi ki, bəlkə bunlar, məni boykot edirlər. Biabır olmamamaq üçün bir neçəsinin evinə getdim. Məni darvazadan içəri buraxmadılar. Sonra məni başa saldılar ki, həftənin V gün onlarda "Страстная Пятница” deyilən gündür və bu günlər uşaqlarını məktəbə buraxmırlar. Heç kəs də onlara bir söz deyə bilmir...

Bunu yaxşı ki, vaxtında başa düşdük. Ancaq, başa düşmədiklərimiz hələ irəlidə idi. Malakan deyilən millətdən olan ferma müdirinin anası rəhmətə getmişdi. Kənd camaatına qaynayıb-qarışmaq baxımından İzdihama qoşulub, məzarlığa getdik. "Tüstülətmə proseduru” və bir sıra digər ayinlərdən sonra, tabutu məzara qoydular. Dəfn iştirakçıları sıra üzrə növbəyə duraraq, hərə məzara bir ovuc torpaq atdıqdan sonra geriyə doğru yolunu davam edirdi. Bu zaman fikir verdik ki, qarşımızdakılar tədricən sürətlərini artırırlar. Bizdən arxada olanlardan biri işarə etdi ki, biz də sürətimizi artıraq. Artırılmış sürət tezliklə qaçmağa çevrildi. Qaça-qaça mənzilə yetişdik, həyətə daxil olduq. Bizi "Самогон” adlanan tut arağı da daxil olmaqla hər cür nemətlər düzülmüş böyük masa arxasında əyləşdirdilər. Sən demə, bu qaça-qov masa arxasında yer tutmaq üçün imiş...

"Mənəvi dünya iç aləmi sayılsa da, onun da öz içi və çölü, əlçatmaz göyləri vardır.” (Əbu Turxan)



Загрузка...
Həmçinin oxuyun:
"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

"Dünyanın ən reytinqli təhsil ocaqlarında bu kimi məsələlər öz həllini çoxdan tapıb"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

TƏHSİL EKSPERTLƏRİ ƏLEYHİNƏ ÇIXDILAR

"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

"Təəssüflər olsun ki, müəllimlərin də böyük əksəriyyətinin dinlə bağlı təsəvvürləri yanlışdır"

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil,  yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı

“Məktəblərdə din dərsinin keçirilməsi düzgün deyil, yerinə bu tədris olunsun”- Hamlet İsaxanlı

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

Ağdaşda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ağdaşda “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Dini jurnalistika adlı ixtisas açıla bilər - Rektordan təklif

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb