AzTehsil.com
RU


Xəbərlər
27 iyun 2023
619


Millət vəkili: "Azərbaycanda pulsuz təhsil yoxdur"




  "Azərbaycanda pulsuz təhsil yoxdur"  Etibar Əliyev bildirib.


O deyib ki, Azərbaycan universitetlərinin büdcəsi əsasən ödənişli təhsil alan tələbələrin köçürdükləri vəsaitin və dövlət sifarişi ilə təhsilalanlara dövlətin ödədiyi vəsaitlərin hesabına formalaşır:


"Dövlət universitetlərə tədqiqatlar üçün 1 manat da ayırmır. Ödənilən təhsilhaqlarının 80-85 faizi müəllimlərin əməkhaqlarına, qalan hissəsi isə universitetin digər xərclərinə sərf olunur. Amerika universitetlərinin reytinqlərdə qabaqcıl sıralarda olmasının əsas səbəblərindən biri ilbəil artan maliyyə vəsaitidir. Universitetlərin qarşısında 4 konkret məqsəd dayanır: maliyyə, baza ali təhsili, elmi tədqiqatlar və sənaye ilə əlaqələr. Məşhur təhsil mütəxəssisi Uilyam Bouenin yazdığı "Universitetlər rəqəmsal epoxada" adlı kitabından: "2001-ci ildə Harvard Universitetinin büdcəsi 18 milyard dollar, Yel Universitetinin büdcəsi 10,7 milyard dollar, Prinstonun büdcəsi isə 8,4 milyard dollar təşkil edib. 2011-ci ildə Harvardın büdcəsi 31,7 milyard dollara, Yelin büdcəsi 19,4 milyard dollara, Prinstonun büdcəsi isə 17,1 milyard dollara çatıb". Bu vəsaitlərin kiçik bir hissəsi tələbə köçürmələrindəndir".


Etibar Əliyev qeyd edib ki, Azərbaycanda elmə büdcədən cəmi 0,2 faiz vəsait ayrılır:


"Universitetlər isə hələ uzun illər tələbələrin hesabına yaşayacaq. Universitet tədqiqatları maliyyələşdirilməlidir. Əlbəttə ki, Amerika ilə bizi müqayisə etmək qüsurludur, ancaq təcrübə kimi öyrənilməsi vacibdir. Bir neçə universitetimizin reytinqlərdə yer alması rektor səriştəsi tədqiqatlardan baş açmaları və alimlərin çalışmalarının hesabına baş tutur. 4-cü Sənaye İnqilabının ixtisaslarına maliyyə vəsaiti tapılmalıdır. Yoxsa biz 2-ci və 3-cü Sənaye İnqilablarının arxasınca qaçdığımız kimi 4-cü Sənaye İnqilabının da arxasınca qaçacağıq".




Загрузка...
Həmçinin oxuyun:
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Bu gün Yel çərşənbəsi qeyd olunur

Bu gün Yel çərşənbəsi qeyd olunur

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil statistikası - 2019

Təhsil statistikası - 2019

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?