AzTehsil.com


Xəbərlər / Cəmiyyət
24 iyul 2017
2 945


Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi



 

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, hesabatın müzakirəsi zamanı qurum tərəfindən mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət edilsə də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.

Universitetin gəlirləri 2015-ci ildə 36,1 mln. manat, 2016-cı ildə 41,1 mln. manat, xərcləri müvafiq olaraq 33,6 mln. manat və 41,1 mln. manat olub. Bundan başqa, qrant hesabına 2015-ci ildə 12,854 min dollar, 30,166 min avro, 54 min rubl, 109,1 min manat, 2016-cı ildə 85,2 min dollar, 29,5 min avro, 700 min rubl, 109,1 min manat daxilolma, müvafiq layihə çərçivəsində uyğun olaraq 133,4 min manat və 182,2 min manat xərcləri olub.

Bakalavriat təhsil səviyyəsi üzrə universitetin tələbə qəbulu planı 2015/2016-cı tədris ilində 88,6% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2076 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2111 nəfər təşkil edib), 2016/2017-ci tədris ilində 93% (dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı 2314 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 2231 nəfər təşkil edib) yerinə yetirilib.

Magistratura təhsil səviyyəsi üzrə universitetin magistrant qəbulu planı 2015/2016-cı tədris ilində 82,3% (dövlət sifarişi üzrə 457 nəfər, ödənişli təhsil üzrə 162 nəfər), 2016/2017-ci tədris ilində 76,8% (dövlət sifarişi üzrə 464 nəfər, ödənişli təhsil üzrə 129 nəfər), fəlsəfə doktoru proqramı üzrə doktorantların qəbul planı 2015-ci ildə 100% (dövlət sifarişi üzrə), 2016-cı ildə 81,4% (dövlət sifarişi üzrə 82 nəfərə qarşı 70 nəfər və ya 85,3%, ödənişli əsaslarla 15 nəfərə qarşı 9 nəfər və ya 60%), elmlər doktoru proqramı üzrə dissertantların qəbul planı 2015-ci ildə 75% (dövlət sifarişi üzrə), vakant yerlərin sayı 1), 2016-cı ildə 100% (dövlət sifarişi üzrə), fəlsəfə doktoru proqramı üzrə dissertantların qəbul planı 2015-ci ildə 68,6% (dövlət sifarişi üzrə 56 nəfərə qarşı 43 nəfər və ya 76,7%, ödənişli əsaslarla 11 nəfərə qarşı 3 nəfər və ya 27,2%, vakant yerlərin sayı 8 nəfər), 2016-cı ildə 78,3% (dövlət sifarişi üzrə 61 nəfərə qarşı 58 nəfər və ya 95%, ödənişli əsaslarla 13 nəfərə qarşı 6 nəfər və ya 46,1%, vakant yerlərin sayı 16 nəfər) yerinə yetirilib.

Universitetdə ödənişli əsaslarla təhsil almış və müxtəlif kurslardan akademik məzuniyyətə getmiş tələbələrin qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borc kimi, müxtəlif səbəblərdən xaric edilmiş təhsil alanlar üzrə təhsil haqqı məbləğləri, tələbələr sırasından xaric edilmiş əcnəbi tələbələrin təhsil haqqı məbləğləri debitor borcunda əks etdirilməmiş, "Maarifçi Tələbə Kredit" fondu ilə təhsil krediti haqqında müqavilə imzalayan tələbələr üzrə hesablanmış təhsil haqqı məbləği universitetin zərərinə silinmiş, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı məbləği dövlət büdcəsinə qaytarılmayıb, akademik borcu olan BDU-nu bitirmiş və diplom almış tələbələrin kredit haqqı üzrə mövcud olan borcu da universitetin debitor borcu kimi uçotda öz əksini tapmayıb, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2015/2016-cı tədris ilində qış imtahan sessiyasının nəticələrinə görə 22,2%-nin, yay imtahan sessiyasının nəticələrinə görə 16,4%-nin, 2016/2017-ci tədris ilində isə qış imtahan sessiyasının nəticələrinə görə 18,7%-nin akademik borcu qalıb.

"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar"ın tələblərinə bəzi hallarda əməl olunmayaraq artıq ştatlar saxlanılıb.
 
Əmək haqqına əlavələrin düzgün tətbiq edilməməsi nəticəsində "Gənc istedadlar Liseyi"nin müəllimlərinə artıq, eyni zamanda universitetdə işləyən məcburi köçkünlərə düzgün olmayaraq yüksəkliyə görə əlavə əmək haqqı, müvafiq normativ-hüquq aktların tələbləri düzgün tətbiq olunmayaraq BDU-da təhsil alan və Azərbaycan vətəndaşı olmayan tələbələrə də təqaüd ödənilib.
 
2016-cı ildə "Təhsil" xərcləri bölməsindən "Gənc İstedadlar Liseyi"nə, "Təhsil sahəsində tətbiqi tədqiqatlar" köməkçi bölməsindən "Elm" xərclərinə, "Tələbələrə verilən təqaüdlər" xərc paraqrafına ayrılmış vəsaitin müvafiq illər üzrə istifadə olunmayan hissəsinin büdcəyə qaytarılması, Vergi Məcəlləsinə uyğun olaraq qeyri-rezidentdən gəlir vergisinin tutulması təmin edilməyib.

Hesabat dövründə əldə olunan gəlir "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"da düzgün göstərilməyib, "Digər təşkilatlardan köçürmələr" hesabında xarici və daxili mənbələr hesabına alınmış qrant məbləğlərinə görə bank hesablarında olan qalıqlar "Maliyyə vəziyyəti haqqında hesabat"a daxil edilməyib.

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanların qısa müddət ərzində aradan qaldırılması, eləcə də hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Kollegiya qərarının surəti BDU-ya göndərilib.
 
Auditin nəticələri üzrə Milli Məclisə məlumat verilib.



Загрузка...
Həmçinin oxuyun:
Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır

Türkiyədə təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı - ən çox azərbaycanlılardır

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

Qiyabi təhsil alanların sayında kəskin azalma müşahidə olunur

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

“5” alan şagirdlərin sayı artıb

“5” alan şagirdlərin sayı artıb

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Təhsil Nazirliyinin Diaqnostik Qiymətləndirmələrlə bağlı yekun açıqlaması

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Tədris məşğələlərinə görə ödənişlərin miqdarı artırıldı - RƏSMİ

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı