AzTehsil.com
RU


Xəbərlər / Psixoloq
23 yanvar 2023
1 141


Söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir...




Təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm və əhəmiyyətli rolu var. ABŞ, Fransa, Almaniya, İsrail, Çexiya, Norveç, İspaniya və Türkiyə kimi ölkələrin məktəblərində iki, üç psixoloq xidmət göstərir. Mütəxəssislərin fikrincə, uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir. 


Rəsmi məlumata görə, hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində üç min nəfərdən çox psixoloq çalışır. Ölkə üzrə olan məktəblərin sayını nəzərə alsaq, bu rəqəm çox azdır. Elə məktəblər var ki, orada, ümumiyyətlə, psixoloq yoxdur. Psixoloji kabineti olmayan məktəblər də az deyil. Paytaxtın təhsil müəssisələrinin müəyyən qismində məktəb psixoloqları olsa da, bölgələrdə bu sahə üzrə kadr çatışmazlığı mövcuddur.


İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin isə tamamilə başqa psixoloji dəstəyə ehtiyacı var. İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalnız qalma qorxusu olur. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir.


Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, nəzərə alsaq ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə köməklik göstərməkdən ibarətdir. Bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən, məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Əlbəttə, söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir.


Ekspert deyir ki, müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur: "Məhz elə buna görədir ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psixoloji xidmətin təşkili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib. Bununla belə, bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı və bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı. Psixoloqların müəyyən hissəsi ixtisas üzrə alitəhsilli olmayıb, onlar yenidən hazırlanma təhsili alanlar olub. Ən böyük çətinlik isə ondan ibarət olub ki, 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyirdi. Uzun bir dövr ərzində təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb. Köhnədən qalma Əsasnamədə müvafiq dəyişikliklər edilməyib, psixoloqların diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulmuşdu ki, "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Prezident fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları"nın təsdiq olunması barədə qərar qəbul etdi. 2019-cü ildə isə məktəb psixoloqlarının Diaqnostik Qiymətləndirilməsi keçirildi".


N.İsrafilov bildirib ki, "Ümumi təhsil haqqında" qanununun tətbiqi barədə" Prezidentin müvafiq fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyənləşdirilib: Şagird sayı 1000-dək olduqda 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda 2 vahid,  şagird sayı 3000-dən çox olduqda isə 3 vahid.


Təhsil eksperti Kamran Əsədov bildirib ki, bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Onun sözlərinə görə, uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir: "Orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Məktəb psixoloqları əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır. Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir. Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir".


Millət vəkili Hicran Hüseynova hesab edir ki, ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir. Bu baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin göstərilməsi yaxşı haldır: "Ancaq təəssüflər olsun ki, bu gün məktəblərdə çalışan psixoloqların sayı azlıq təşkil edir. Hətta məktəblərin bəzilərində ümumiyyətlə psixoloq yoxdur. Bu da təbii ki, şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyətinə öz təsirini göstərir. Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi olduqca vacibdir. Buna görə də hesab edirəm ki, orta məktəblərdə çalışan psixoloqların sayı artırılmalıdır".


Millət vəkilinin dediyinə görə, məktəb psixoloqlarının hazırlıq səviyyəsi ilə yanaşı, həm də onların sayının artırılması məsələsi də aktualdır. Çünki bəzi məktəblərdə psixoloqun sayı ilə şagirdlərin sayı tərs mütənasibdir. Digər tərəfdən pedaqoqların fənn bilik və bacarıqları ilə yanaşı, pedaqoji və psixoloji bilik və bacarıqlarının da qiymətləndirilməsi vacibdir: "Digər tərəfdən, valideynlərin məsuliyyəti məsələsini yaddan çıxarmamalıyıq. Əfsuslar olsun ki, bəzən valideynin övladına verdiyi tərbiyə neqativ təsirlərlə müşahidə olunur. Müəllimə, öz sinif yoldaşına münasibətdə aqressiv olurlar. Şagirdlərin müxtəlif yaş keçid dövrlərində davranışlarında dəyişikliklər olur. Bu dəyişikliklər onun şəxsiyyət kimi formalaşmasına həm müsbət, həm də mənfi təsir edə bilər. Bunun üçün həm valideyn, həm də müəllim birgə hərəkət etməlidir. Nəzərə alsaq ki, hazırda biz açıq informasiya cəmiyyətində, İKT-nin inkişaf etdiyi bir zamanda yaşayırıq, o zaman bu məsuliyyət daha da artır. Bu baxımdan uşaqlara qarşı diqqətli və həssas yanaşmalıyıq. Onların etdiyi səhvləri elə izah etməliyik ki, şəxsiyyətləri əzilməsin. Biz onları özünəinamlı tərbiyə etməli, eyni zamanda, həmyaşıdlarına, böyüklərə hörmətlə, dözümlə yanaşmağı öyrətməliyik".


Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, hazırda Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə psixoloqlarla bağlı təhlillər aparılır.  Onların sayının artırılması istiqamətində işlər görülür: "Məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəb psixoloqlarının sayı sinif-komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük. Hər bir şagirdin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Elm və Təhsil Nazirliyi üçün prioritetdir".


Nazirin dediyinə görə, hazırda məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulması istiqamətində işlər aparılır: "Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər  ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq".




Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müasir təhsil sistemindəki psixo­loji xidmət-Ekspertlərin rəyi

Müasir təhsil sistemindəki psixo­loji xidmət-Ekspertlərin rəyi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb psixoloqları niyə qıraqda qalıb?

Məktəb psixoloqları niyə qıraqda qalıb?

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəb təhsilinin vəziyyəti

Məktəb təhsilinin vəziyyəti

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri