AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
24 dekabr 2022
955


Oyunun uşaq inkişafında rolu




Oyun  körpələrin oyaq vaxtlarında əsas fəaliyyət növüdür. Demək olar ki, uşaq oyunda özünü balıq suda hiss etdiyi kimi hiss edir. 

O, oynayarkən özünü xoşbəxt hiss edir və diqqətini oyuna cəmləyir. Çünki uşaq üçün oyun dincəlmək deyil, oyun onun əsas məşğuliyyətdir. Uşaq  oynayarkən  baxır, eşidir, toxunur, yaradır, sığallayır, dadına baxır, iyləyir. O,  rənglərdən, ritmlərdən, musiqidən həzz  alır və beləliklə, oyun uşağın beynini inkişaf etdirir. Uşağa sevinc verən hər şey onun beyin inkişafı üçün xeyirlidir. Oyun, gülüş, torpaqda sürüşmək, dırmaşmaq, qaçmaq uşağın beyin  inkişafını sürətləndirir.


Bəzən böyüklər oyun fəaliyyətinin əhəmiyyətini inkar edirlər, bunu  boş vaxt  itkisi  kimi dəyərləndirirlər. Əksinə, oyun uşağın öz individuallığının yaranması üçün vacibdir. Oyun onun həm əl, həm də intellektual bacarıqlarını inkişaf etdirən ən təbii prosesdir. Bu , uşağa onu əhatə edən ətraf  aləmi başa düşməyə imkan verir.


Beləliklə, əsasən  stolüstü və kollektiv oyunlar sayəsində uşaq qrupa inteqrasiya etməyi və öz yerini tapmağı öyrənir. Oyun, uşağa əylənərək öyrənmək imkanı verir. Oyun, uşağın nələrisə kəşf etməsinə, xəyalından və yaradıcılığından istifadə etməsinə kömək edir. Bir sözlə uşaqların inkişafı üçün oyunun əhəmiyyəti saysız-hesabsızdır.


Bizim təhsil sistemində uşaq ibtidai sinfə gedən kimi bəzi komanda oyun növləri istisna olmaqla, digər oyun fəaliyyətləri dayandırılır. Bu keçid lazımdırmı? Oyunu dərs öyrənməsi üçün istifadə etməyə davam edə bilməzdikmi?


Bu uşaq üçün həqiqətən stresdir. Ona oyun oynamadan öyrənməli olacağını söylədikdə o, bunun səbəbini anlamaya bilər. Çünki, bu vaxta qədər oyunlar onun əsas öyrənmə vasitəsi olmuşdur.


Çoxsaylı tədqiqatlar məktəbəqədər yaşda oyun əsaslı öyrənməyi tövsiyə edir. Forma baxımından sərbəst oyun və rəhbərli oyunu fərqləndirmək lazımdır. Sərbəst oyun adından göründüyü kimi uşağın özünün etdiyi əməllərə tam nəzarət etdiyi bir oyundur. Rəhbərli oyunda isə uşağın müəyyən bacarıq öyrənməsi üçün tərbiyəçi və ya valideyn oyuna forma və istiqamət verir. 


İbtidai sinifdə oyunlar vasitəsilə dərs öyrənmək məsələsi daha çox maraq doğurur. Oyun vasitəsilə məktəbdə öyrənmənin ciddi üstünlükləri var. Oyun vasitəsilə öyrənmə əyləncəlidir. Digər tərəfdən, oyun uşaqları yaradıcılığa sövq edir. 


Uşağın öyrənməsində bir hərəkətverici qüvvənin olması mütləqdir. Oyun isə uşağın dərs öyrənməsi üçün xüsusilə təsirlidir. Oyundan dəqiq və dərhal təsir gözləmək düzgün deyil. Oyunun təsirli olması üçün mütəmadi təkrarlanması da şərtdir. Oyunlar ənənəvi pedaqogika ilə əldə edilməsi daha çətin olan bilik və  bacarıqların əldə edilməsinə daha geniş imkanlar yaradır. Oyun vasitəsi ilə öyrənmək bütün uşaqlara, hətta inkişaf çətinliyi olanlara da yönəlməlidir. Oyun emosional, sosial, fiziki və ya intellektual sahədə uşaq inkişafının əsas mənbəyi kimi uşaqların öyrənməsi və inkişafında mütləq istifadə olunmalıdır. 




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.

Oyun uşağın dərs öyrənməsi üçün çox təsirlidir.

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Yenidoğulmuşların gülüşünün SİRRİ

Yenidoğulmuşların gülüşünün SİRRİ

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Rollu oyunlar   və onların faydaları

Rollu oyunlar və onların faydaları

Məktəb tərbiyəsi  yoxsa  tərbiyə məktəbi

Məktəb tərbiyəsi yoxsa tərbiyə məktəbi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Tərbiyənin metodları

Tərbiyənin metodları

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı