AzTehsil.com


Xəbərlər / Müəllim
24 avqust 2022
1 496


Məktəbli geyimləri və onların yaratdığı bir çox çaşqınlıq -MÜƏLLİMİN ŞƏRHİ



  

Artıq məlum olduğu kimi 2022/2023-cu tədris ili üçün orta məktəb şagirdlərinə bir neçə rəngdə hazırlanan məktəbli geyimləri satışa çıxarılıb.


Əvvəlcə bu prosesin nə dərəcə uğurlu alınacağı  barədə proqnoz verməyə çalışaq.


Özlüyündə müsbət addım sayılan bu hadisə  elə ilk baxışdan növbəti tədris ilində 100 faizli nəticə verməyəcəyi təsuratin yaradır. Burda bir neçə amil rol oynayacaq. 


Geyimlərin məcburi alınması tələbinin olmaması, (əslində bunu Maddi imkanları zəif olan ailələr üçün müsbət qərar kimi qiymətləndirmək olar)  digər tərəfdən geyimlərin müxtəlif variant və rənglərdə təqdim olunması, son olaraq da qiymətlərin heç də hər ailə büdcəsinə uyğun gəlməməsi (eyni tədris ilində bir ailənin 2 və ya çox  övladı üçün bu geyimləri alması ona çətinlik yaradacaq). Deyəcəksiniz bəs əvvəlki illərdə də hər sentyabr ayında ailə həmin 3 övladını geyimlə təmin edirdi axı... Əvvəlki illərdə bir ailənin Gülnar,Lalə,Əhməd adında övladları sentyabrda dərsə gedərkən Lalə Gülnarım keçən il geyindiyi ağ köynəyini geyinir, Gülnara yeni ağ köynək alınır, Laləyə də bu il yeni ayaqqabı alınır. Əhməd də bir hissə əvvəlki ilin geyimini geyinir, bir dənə hansısa geyim hissəsi yenilənir. Beləcə cəmi 2-3 elementlə uşaqların da ürəyi müəyyən qədər xoş edilir, ailə büdcəsi də məsələnin öhdəsindən gəlir. 


Lakin hal hazırki  bu geyimləri yarımçıq almaq pis görüntü yaradar. Növbəti tədris ilində məktəblərdə rəngarənglik müşahidə olunacaq. Rəng məsələsinə gəlincə. Bu barədə açıqlanmalı bir çox məsələlər var. 4-5 rəngdə paltarla nümayiş olur ancaq daha sonra filan rəngləri seçməyiniz tövsiyyə olunur deyilir.


Filan rəngli paltarın satışda olmayacağı deyilir və s. Digər tərəfdən bu rənglərin necə nizamlanması məsələsidir. Daha yaxşı olardı ki, yaxınlıqda yerləşən məktəblərin şagirdləri geyimlərdə rəng fərqinə görə bir-birlərindən fərqlənirlər. Bəzən valideyn deyilən tövsiyyəni  nəzərə almır və gedir bazardan gözünə xoş gələn rəngdə formanı alır. Səbəb də bəzən çox bəsit olur:"Mənim oğluma ya da qızıma bu rəng  yaraşmır" .


Digər tərəfdən də bəzən sagırd yerdəyişmələri zamanı da bu problem ortaya çıxacaq. Valideyn əvvəl aldığı paltarı kənara atıb yenidən övladının yeni məktəbinin formasını çox böyük ehtimalla almayacaq. 


Bəlkə bu geyimləri zonalara təxmini rəngləri bölüşdürülərək satışa göndərərdilər ki, bu kimi problemlər çox yaranmasın..... 


Hər halda məktəblər, direktorlar, müəllim kontingenti və ən əsas da yeni dərs ili üçün alış veriş etməzdən öncə valideynlər üçün bu məsələlərə dair geniş istiqamət verici təlimatlar verilməlidir. Çaşqınlıq yaradan digər məsələ isə qızlar üçün olan qış geyimlərində şalvarın nəzərdə tutulmasidir. Bu günə qədər məktəblərdə qızların şalvar geyinməsinə qadağa olduğunu bilirdik.  İndi bu yeniliyə uyğunlaşmaq istəməyən bəzi məktəb rəhbərləri həmin şalvarın üzərindən qara xətlə bir "X" işarəsi çəkərək bunu almayın deməyə çalışırlar. Maraqlıdır buna həmin rəhbərin hüququ çatırmı? 


Zənnimcə qış aylarında qızların şalvar geyinməsinə icazə verilməsi çox müsbət addımdır. Bu həm sağlam gələcək nəsil yetişməsi, həm daha rahat geyim növü olaraq qiymətləndirilməlidir. Üstəlik bu addımın müəllimlər üçün də tətbiq olunması çox gözəl olardı. Sonda ümüd edirik ki, bu kimi məsələlərlə bağlı yeni məlumatlar, təlimatlar yaxın günlərdə ictimaiyyətə çatdırılacaq.


Balakən rayonu 

Pərvanə Qurbanova




Загрузка...
Həmçinin oxuyun:
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Təhsil Naziri Mikayıl Cabbarov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.

Dövlət başçısının sərəncamları onların  məmnunluğuna səbəb olub

Dövlət başçısının sərəncamları onların məmnunluğuna səbəb olub

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

“Elm, dostluq və sağlam rəqabət” devizli Məntiq olimpiadası

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Nadir Israfilov: Elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışması

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Müəllimlər oxuyaq !!! Kişi müəllimlərimizin iş vaxtı geyimləri necə olmalıdır ?

Metodbirləşmələr

Metodbirləşmələr

Pedaqoji Lüğət

Pedaqoji Lüğət