Xəbərlər / Səhiyyə
03 iyul 2022
748


Meymunçiçəyi bir ADDIMLIQDA, necə QORUNAQ? – Həkimdən vacib TƏLİMAT


Dünyanın 30 ölkəsində meymunçiçəyi ilə bağlı vəziyyət gərgindir. Ötən gün isə bununla bağlı xəbərlər qonşu Türkiyədən gəldi.


Qardaş ölkədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb. İmmun sistemi çatışmazlığı olan xəstə təcrid edilib. Türkiyədən əvvəl isə qonşu Gürcüstanda meymunçiçəyi xəstəliyi aşkarlanmışdı.


Demək ki, yeni virus bir addımlıqdadı?


Tanınmış terapevt Rasif Bağırov bizim.media-ya açıqlamasında meymunçiçəyinin Azərbaycanda da yayılması mümkünlüyündən danışıb:


“Bu ehtimal artır. Amma meymunçiçəyinin yayılma arealı sıx olmadığı üçün bu virus o qədər də təhlükəli hesab olunmur. Çünki bu virusun yayılma sürəti ilə ölüm halının baş verməsi nadir hallarda baş verir və korona kimi vahiməyə düşməyə dəyməz. Meymunçiçəyi virusu əsasən təmasla keçir. Amma tənəffüs və ya hava yolu ilə də keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir. İstənilən halda insanlar bir-biri ilə koronavirusda da olduğu kimi məsafə saxlamalıdır.


Yenə də yaxşı olar ki, qoruyucu maskadan istifadə olunsun və insanlarla əl kontaktı yığşdırılsın. Əllə görüşüb, qucaqlaşmaq həmin prosesə təkan verir. Meymunçiçəyi ağız vasitəsilə qana keçib bədəndə yayıla bilir. Bu məsələdə də koronavirus kimi immunitet rol oynayır və xəstəliyə qədərki immunitetdən söhbət gedir”.


Həkimin sözlərinə görə meymunçiçəyinin suçiçəyindən fərqi səpgilərin ölçülərindədir:


“Suçiçəyinin səpkiləri həddindən artıq kiçik olur. Diqqətlə baxanda səpgiləri görmək olur və səpgilərin ucu sulu olur. Amma meymunçiçəyində səpgilərin ölçüləri çox böyük  və sıx olur. Xəstəyə baxanda insan vahiməyə düşür”.


Rasif Bağırov onu da əlavə edib ki, meymunçiçəyi ilə bağlı Azərbaycanda karantin qaydalarının sərtləşməsinə, hansısa məhdidiyyət və qadağalara ehtiyac yoxdur:


“Dövlət səviyyəsində müəyyən məhdudlaşdırıcı tədbirlərin baş verməsini güman etmirəm. Dünyanın ən çox yayılan ölkələrində də hələki sərtləşmədən söhbət getmir. Çox ciddi kontakt olmasa, meymunçiçəyi yayılmır. Ona görə də hər hansı qadağalara və yaxud yeni tədris dövründə mətktəblərin onlayn rejimə keçməsi ilə bağlı qərarların verilməsinə ehtiyac görmürəm”.


Xatırladaq ki, bir müddət əvvəl Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.


Meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri “çiçək” xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır – qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.


Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir. İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 30-dan çox ölkədə rast gəlinib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Səhər tezdən ağız və burnunu günəşə verən kimi virus ölüb gedir – Rəşid Mahmudovla MÜSAHİBƏ

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür