Google-tərcüməçi proqramı niyə bərbad gündədir?
"Bu gün informasiyanın sürətlə artması hamıya məlumdur. Yaranan yeni informasiyanın 99,999 faizi bizim dildə deyil. Bu informasiyalarla tanış olmaqda tərcümə proqramlarından istifadə insanların köməyinə çata bilər.
Amma azərbaycan dilindən istənilən dilə və ya əksinə tərcümə Google vasitəsi ilə çox keyfiyyətsizdir. Çünki, o proqramın təkmilləşdirilməsi ilə bizlər (yəni hökumətimiz) məşğul olmuruq. İnkişaf etmiş və inkişafda olan bir çox ölkələr bu mühüm işə pul ayırırlar, təbii hərə öz dilindən tərcümə sisteminin inkişafı üçün. Bizdə isə mənasız idman tədbirləri heç imkan verərmi ki, faydalı işlərə də pul qalsın?
Amma digər dillərdən bir birinə tərcümə bu gün kifayət qədər keyfiyyətlidir. Şəxsən mən 5 il əvvəl rusca yazdığım bir məqaləni Google tərcümə proqramı ilə ingilis dilinə tərcümə etdim, sonra keyfiyyətinə əmin olmaq üçün 2 nəfər tərcüməçiyə verdim oxusunlar. Heç bir səhv tapa bilmədilər.
Çünki proqramın rus variantını Rusiya, ingilis bölməsinin inkişafını ABŞ və İngiltərə maliyyələşdirir. Azərbaycan bölməsi isə demək olar ki, maliyyələşdirilmir, Google şirkəti isə fikirləşir ki, bu iş kimə lazımdırsa, o da maliyyələşdirsin. Googlenin hətta azərbaycan dilindən türk dilinə tərcümə sistemi də yaxşı işləmir. Amma bu iş bizə çox lazımlıdır. Əgər bu problem həll edilərsə, onda bizim mütəxəssislər- alimlər, iqtisadçılar, jurnalistlər çətinlik çəkmədən istənilən xarici dildən elmi məqalələri ana dilinə asanlıqla tərcümə edib, oxuyub faydalana bilərlər. İnsan kapitalı belə inkişaf edir, elm və təhsili çökdürməklə yox.
Dos. İlham Əhmədov
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
Məktəblərin rus bölmələrinə maraq niyə artır?
Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”
Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"
Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili
Ən yaxşı ingilis dili kursları hansılardır?
Çox maraqlı və zəngin təhsil yolu.
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili
Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti
Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI
Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?
"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov
YAZI QAYDALARIMIZIN KİTABİ-MÜQƏDDƏSİ – ORFOQRAFİYA LÜĞƏTİ
Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür
Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.
Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI
KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT