AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
09 iyun 2022
8 859


Nadir İsrafilov : Uzun illərdən bəri alışdığımız ənənəvi Bilik Gününün vaxtını dəyişməklə nəyə nail olduq?




Artıq yeddi ildir ki, ölkədə dərs ilinin müddəti dəyişdirilsə də, hələ də bununla bağlı narazılıqlar var. Bir neçə gündən sonra tədris ili yekunlaşır və sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixləri ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. 


Valideynlər bildiriblər ki, hava çox isti olduğu halda məktəblərdə pəncərələr bağlı saxlanılır, kondisioner də olmadığı üçün tədrisin iyunun 15-dək davam etməsi uşaqlar üçün çətindir. 


Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası ilə 2015-ci ilindən etibarən ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb, iyunun 14-də bitir.


Dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması göstərilib. Bu illər ərzində müşahidə etdiklərimiz onu göstərir ki, dərs yükü azaldılmayıb. 


Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, dərs ilinin müddətinin dəyişdirilməsi neçə illərdir ki, müzakirələrə səbəb olur:


“Bəlkə də, təhsilimizin elə bir problemi yoxdur ki, dərs ilinin 15 gün geriyə çəkilməsi qədər geniş müzakirələrə səbəb olmasın, heç də hamı tərəfindən birmənalı qarşılanmamış olsun. Hər dərs ili sona yaxınlaşanda bir çoxları istər-istəməz nostalji hisslərə qapılaraq öz-özünə sual verir: “Görəsən, uzun illərdən bəri alışdığımız ənənəvi Bilik Gününün vaxtını dəyişməklə nəyə nail olduq? Bundan qazandığımız və ya itirdiyimiz nə oldu? Ümumiyyətlə, belə bir dəyişikliyə hər-hansı bir ehtiyac vardımı? Axı bu da milli ənənə olmasa da, uzun illərin sınağından çıxmış bir təcrübə idi… 


Yəqin, çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Nazirliyinin ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, geniş müzakirə və polemikalara yol açmışdı. Bəzi saytların manşetə belə, çıxardıqları “Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdılar” kimi başlıqlı yazılarla, “müəllimlər, həm şagirdlər, həm də valideynlər yay müddəti üçün işlərini normal planlaşdıra bilmirlər” kimi statuslarla təhsil müddətinə etiraz edirdilər.


Hətta dərs müddətinin 1 sentyabr-25 may arasında keçirilməsini tələb edən petisiya da hazırlanmışdı. Petisiyada qeyd edilirdi ki, əvvəllər dərslər 1 sentyabrda başlayırdı. Sonradan bunu hansısa səbəblərdən 15 sentyabr tarixinə keçirdilər. İndi isə dərs müddətini iyunun 15-dək uzadırlar. Dərsləri çatdırmaq olmur. Yayın istisində uşaqlar dərsdə necə oturacaqlar? Bunu fikirləşən yoxdur? Xahiş edirik, dərslər əvvəlki kimi, 1 sentyabr - 25 may arasında keçirilsin. Bu petisiyanın yuxarı instansiyalara təqdim ediləcəyi nəzərdə tutulmuşdu. Hətta Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı petisiyaya Milli Məclisin bir neçə deputatı səviyyəsində dəstək belə, gəlmişdi.


Lakin ötən bu illər ərzində Təhsil Nazirliyi nədənsə Bilik Gününün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004-cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əsaslanaraq, öz mövqeyində  israrlı oldu. 


Nazirliyin cavabında o da vurğulanmışdı ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən, iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alırdı.


Bununla belə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentlər məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab edilə bilməzdi. Əvvəla, şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı.


Digər tərəfdən, dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də zəruri hesab olunan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz.


Məsələn, bizim uşağı altı yaşdan məktəbə göndərməyimizə rəğmən, dünya təhsilinə nümunə sayılan Finlandiyada uşaqları məktəbə yeddi yaşdan göndərirlər və s. Bir də ki, buna qalsa, DİM (Dövlət İmtahan Mərkəzi) heç dərs ilinin başa çatmasını gözləmədən buraxılış və monitorinq imtahanları keçirir. Nə demək olar, bəlkə də, “pioner” sözündən qıcıqlanıb uşaqlarımızı yay istirahət düşərgələrindən məhrum etdiyimiz kimi, belə hesab etmişik ki, 1 sentyabr da sovetdən qalma nümunədir, “zastoy” dövrünün nişanəsidir, nə bilim, imperializmin qalığıdır, başqa bir müəmmadır və sair”.


“Əgər beynəlxalq təcrübəni əsas götürürdüksə, bildiyim qədər, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr Bilik Günüdür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır.


Belçikada, Çexiyada, Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir.


Dərs ilinin dəyişdirilməsi barədə Təhsil Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi” arqumentinə gəlincə, iqlimlə əlaqədar əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki temperaturdan asılı olmayaraq, iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burada insana xas olan hormonal və digər prosesləri də nəzərə almaq lazımdır”, - deyə ekspert əlavə edib. 


N.İsrafilov “1 sentyabr” ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmir:


“Niyə də etməyək?!. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün, heç olmasa, keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”nin məcburi olmaması barədə, gec də olsa, qərara gəldik.


Necə ki şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi barədə absurd qərarı ləğv etdik, necə ki qanun layihəsindən çıxarmaq istədiyimiz magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsi müddəasını yenidən qanuniləşdirdik və s. Nəhayət, unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir”. 




Загрузка...
Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

"Təhsilə marağın azalmasının əsas “baiskarlarından” biri də məhz dərs ilinin başlanğıcının 1 sentyabrdan 15 sentyabra çəkilməsidir"

Nadir İsrafilov - Növbəti səhvlərə bir daha yol verməmək üçün, keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır.

Nadir İsrafilov - Növbəti səhvlərə bir daha yol verməmək üçün, keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır.

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Son zəng əvvəlki kimi mayın 25-də keçirilə bilər

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI