Xəbərlər
05 iyun 2022
2 732


“İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb


Bakı, 4 iyun, AZƏRTAC


İyunun 4-də “İdrak” liseyində “Əziz Şuşa, sən azadsan!” məktəblərarası yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.


AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “İdrak” liseyinin təsisçisi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğunu xatırladıb, məktəblərarası yaradıcılıq müsabiqəsinin bu mühüm sənədin icrasına əsasən keçirildiyini söyləyib. Müsabiqənin əhəmiyyətindən söz açan M.Alışov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad olunmuş Şuşanın xalqımızın tarixində xüsusi yeri olduğunu bildirib. O, “İdrak” liseyi tərəfindən keçirilən müsabiqənin 6 nominasiya - esse, instrumental ifa, şeir, vokal, rəsm və dekorativ tətbiqi sənət üzrə təşkil edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə və Şuşanın azad edilməsi hamımızda böyük sevinc və qürur hissləri yaşatdı. Şuşanın xalqımız üçün yüksək mədəni-mənəvi dəyəri vardır.


Müsabiqə iştirakçılarını və qalibləri təbrik edən Mönsüm Alışov onlara yeni yaradıcılıq uğurları arzulayıb.


Tədbirdə Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək Qarabağın tacı olan Şuşanın xalqımız üçün müqəddəs və əziz yer olduğunu söyləyib, hər bir azərbaycanlının oraya getmək arzusunda olduğunu bildiriblər. Qeyd edilib ki, Şuşa hər zaman Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bu gün də beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkə rəhbərinin diqqət və qayğısı ilə Şuşa gündən-günə sürətlə inkişaf edir və gözəlləşir. Şuşa bundan sonra da digər mötəbər tədbirlərə ev sahibliyi edəcək və dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Çıxış edənlər məktəblilərin yaradıcı təxəyyülünə əsaslanaraq bacarıqlarını nümayiş etdirdikləri müsabiqənin əhəmiyyətindən söz açıb, iştirakçılara təhsildə və yaradıcılıqlarında uğurlar arzulayıblar.


Tədbirdə müsabiqəyə hazırlıq mərhələsini əks etdirən videoçarx nümayiş olunub.


Sonra yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. İştirakçılara diplom və sertifikatlar təqdim edilib. Şəhid Toğrul Bərxudarovun qızı Güllü Bərxudarlı, general-mayor Polad Həşimovun oğlu Teymur Həşimov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Musazadənin övladları Sahibə və Ülvi Musazadələr də müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.


Qeyd edək ki, esse nominasiyasi üzrə müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçirilib. Şagirdlər “İdrak” liseyinə gələrək bu nominasiyada iştirak ediblər.


 



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

“Qarabağ uşaqların gözü ilə respublika onlayn videoçarx müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Abşeron rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Ermənilərin Türkiyədə qurduqları məktəblər...

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

Yanvarın 14-də “İdrak” liseyinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

Rektor: Ən qədim insan məskəni, sazın-sözün beşiyi – Kəlbəcər

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri MÜKAFATLANDIRILDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

“Şuşa dərsi” keçirilib

“Şuşa dərsi” keçirilib

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Mayis Kazımov: Şuşanın işğaldan azad olunması Böyük Qələbənin nidasıdır!

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində  “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qax Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Multikulturalizm ili” çərçivəsində respublika rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Şuşanın işğalından 28 il ötür

Şuşanın işğalından 28 il ötür

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR