Xəbərlər
29 may 2022
811

Ümumi orta təhsil bazasında kolleclərə ərizə qəbulu davam edir

Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu yenidən aktiv edilib.

Bu gün saat 09:40-a olan məlumata görə 40 min 403 nəfər (Azərbaycan bölməsi 39 min 254, rus bölməsi 1149) ərizəsini təsdiq edib. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər elektron ərizə qəbulunda iştirak edə bilərlər:

– Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il buraxılış imtahanı verən, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;

– Keçən il buraxılış imtahanı (qəbul imtahanı) vermiş və müsabiqə şərtlərini ödəmiş, lakin aprelin 5-dən 25-dək aparılmış ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları.

Ərizə qəbulu mayın 31-i saat 23:59-dək davam edəcək. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan istifadəçi adı və parolu ilə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bu il keçirilən buraxılış imtahanı nəticələri müsabiqə şərtlərini ödəməyən abituriyentlər ərizə qəbulunda iştirak edə bilməzlər. İmtahan nəticəsi hələ elan olunmayan abituriyentlər isə qeydiyyatdan keçə bilərlər.

Aprelin 5-dən 25-dək ərizə təqdim etmiş abituriyentlərin yenidən qeydiyyatına ehtiyac yoxdur. Hazırki qeydiyyat vaxtında ərizə təqdim etməyənlər üçündür.

Xatırladaq ki, ərizə qəbulu mayın 24-dən yenidən aktiv edilib.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
DİM ali təhsil müəssisələrinə tələbə qəbulu elan edir

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Yeni model sınaq  imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduralar – Abituriyentlərin diqqətinə

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Sənəd qəbulu yenidən aktiv olunub

Sənəd qəbulu yenidən aktiv olunub

DİM 29-30 iyulda keçiriləcək qəbul imtahanlarının qrafikini elan etdi

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Yetmiş minə yaxın abituriyent ərizəsini təsdiq edib