
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 və 30 iyul tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
DİM-dan verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün "İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.
29-30 iyul 2020-ci il tarixlərində:
9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
Tarix/İmtahan*
29.07.2020
30.07.2020
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə (Kəpəz)
Bakı (xüsusi məktəblər)*
Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə (Nizami)
Yevlax
9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı
İngilis, fransız b.
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı
Nizami (Bakı)
Nəsimi (Bakı)
Nərimanov (Bakı)
Sumqayıt
Goranboy
Mingəçevir
Sabunçu (Bakı)
Xətai (Bakı)
Abşeron
Göygöl
Samux
Azərbaycan dili (dövlət dili) imtahanı
- Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün
Nizami (Bakı)
Nəsimi (Bakı)
İngilis, fransız b.
Sabunçu (Bakı)
Səbail (Bakı)
İngilis, fransız b.
Azərbaycan dili (dövlət dili) imtahanı
- Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Səbail (Bakı)
Qaradağ (Bakı)
Yasamal (Bakı)
Xəzər (Bakı)
Pirallahı (Bakı)
Gəncə
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
cari və əvvəlki illərin məzunları üçün buraxılış (qəbul) imtahanı
Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt
Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron
Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
əvvəlki illərin məzunları üçün
Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə (Kəpəz)
Bakı (xüsusi məktəblər)*
Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə (Nizami)
Yevlax
C.Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanı
Bakı, Şirvan