AzTehsil.com

Xəbərlər / Abituriyent
23 yanvar 2019
2 400

Yeni model sınaq imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduralar – Abituriyentlərin diqqətinə

Yeni model sınaq  imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduralar – Abituriyentlərin diqqətinə

Fevralın 10-da 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları üzrə sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanına qeydiyyat 4 fevral saat 09:00-dək aparılacaq.

Aztehsil.com sınaq  imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduraları diqqətə çatdırır.

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin elektron şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilən xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

İstifadəçi şəxsi kabinet yaratmaq üçün:

ekabinet.dim.gov.az internet ünvanına daxil olur, şəxsiyyətini təsdiq edən sənədin seriyasını siyahıdan seçir, nömrəsini və şəxsiyyətini təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN) müvafiq sahələrə daxil edib "Şəxsi kabinet yarat" düyməsini basır.

(gələcəkdə kabinetə daxil olmaq üçün istifadəçi adı kimi FİN istifadə edilir).

Qeyd olunan məlumatlar düzgün daxil edilibsə, istifadəçinin ekranında onun soyadı, adı, atasının adı və digər məlumatları əks olunur;

İstifadəçiyə müvafiq sahələrə mobil telefon nömrəsini və elektron poçt ünvanını daxil etmək təklif olunur. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) istifadə oluna bilər;

Gələcəkdə şəxsi kabinetə daxil olmaq üçün istifadəçi müəyyən tələblərə riayət edərək parol (parolu unutmayın və məxfi saxlayın) təyin etməli və onu müvafiq sahələrə daxil edib "Yadda saxla" düyməsini basmalıdır. Nəticədə, sistem tərəfindən kabinetə unikal nömrə təyin edilir. Kabinetin nömrəsi xidmətlərdən istifadə edilən zaman tələb oluna bilər;

İstifadəçi şəxsi kabinetini menyudan aşağıdakı elementləri seçməklə idarə edə bilər:

Şəxsi məlumatlar: Menyudan bu elementi seçdikdə istifadəçinin şəxsiyyətini təsdiq edən sənəddə əks edilmiş məlumatlar ekrana ötürülür. Kabinet yaradılandan sonra istifadəçi şəxsiyyəti təsdiq edən yeni sənəd alıbsa, o, "Sənədim yenilənib" düyməsindən istifadə edib məlumatları yeniləməlidir;

Əlaqə məlumatları: Bu səhifədə istifadəçi ev telefonunu, mobil telefon nömrələrini və elektron poçt ünvanını daxil edir. Bu məlumatların bildirilməsi məcburi deyil, lakin zəruri hallarda (istifadəçi ilə əlaqə saxlamaq, parolu bərpa etmək və s. üçün) onlardan istifadə oluna bilər;

Parolu dəyiş: İstifadəçi bu elementi seçib parolunu yenisi ilə əvəz edə bilər;

Hesab: Bu səhifəyə daxil olaraq istifadəçi aşağıdakı əməliyyatları həyata keçirə bilər:

Məbləğin hesaba əlavə edilməsi. "Şəxsi kabinet"in sahibinin şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilməklə elektron üsulla əldə edilmiş, lakin onun hesabına əlavə edilməmiş məbləğin hesaba əlavə edilməsi iki müxtəlif üsulla həyata keçirilə bilər.

Birinci üsul: "Şəxsi kabinet"in hesabına əlavə edilməmiş məbləğlər, müvafiq ödəniş kodları və digər məlumatlar ekranda siyahı şəklində öz əksini tapır. Cədvəlin hər bir sətrində "Məbləği hesabıma əlavə et" düyməsi göstərilir. Bu düymədən istifadə etməklə müvafiq məbləği hesaba əlavə etmək olur.

İkinci üsul: Elektron üsulla əldə edilmiş istənilən ödəniş kodu müvafiq sahəyə daxil edilir və "Məbləği hesabıma əlavə et" düyməsindən istifadə edilir;

Hesaba əlavə edilmiş məbləğlər: Menyunun bu elementi seçildikdə indiyədək hesaba əlavəetmə əməliyyatlarına dair məlumatlar (ödənişin kodu, məbləğ, tarix və saat) səhifədəki siyahıda öz əksini tapır;

Hesabdan istifadələr: Hesabdakı vəsait DİM tərəfindən göstərilən müxtəlif xidmətlərin haqqının ödənilməsi üçün istifadə edilir. Bu funksiya seçildikdə hesaba əlavə edilmiş vəsaitin nə zaman və hansı təyinatla istifadə edildiyini əks etdirən məlumatlar siyahı şəklində təqdim olunur;

Digər şəxsin hesabına vəsait köçürmə: İstifadəçi öz hesabından başqa şəxsi kabinet istifadəçisinin hesabına vəsait köçürmək üçün həmin şəxsi kabinetin nömrəsini, köçürmək istədiyi məbləği və öz parolunu müvafiq sahələri daxil edib "Davam et" düyməsini basmalıdır;

Sınaq imtahanı üçün ödəmə kartlarının alınması: Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulan ödəmə kartını (seriya nömrəsi və parol) əldə etmək üçün istifadəçi sınaq imtahanının növünü ("Bakalavriat səviyyəsi üzrə sınaq imtahanı", "Magistratura səviyyəsi üzrə sınaq imtahanı" və s.) seçir, öz parolunu müvafiq sahəyə daxil edir və "Kartı al" düyməsini basır. Nəticədə, hesabdan müvafiq məbləğdə vəsait silinir və istifadəçiyə ödəmə kartının məlumatları (seriya nömrəsi və parol) təqdim olunur.

Şəxsi kabinet yaradıldıqdan sonra aşağıda qeyd olunan qeydiyyat linki vasitəsilə "Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub "İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.

Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və "Qeydə al” düyməsi basılır. Bundan sonra "İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.

Загрузка...
Həmçinin oxuyun:
Şəxsi kabinetinin parolunu unudanların nəzərinə! - DİM-dən xəbərdarlıq

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün təkrar sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Şəxsi kabinetdə istifadə edilməyən vəsaiti necə geri götürmək olar? – DİM-dən AÇIQLAMA

Şəxsi kabinetdə istifadə edilməyən vəsaiti necə geri götürmək olar? – DİM-dən AÇIQLAMA

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı keçiriləcək.

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin - NƏZƏRİNƏ

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Əcnəbi və fiziki məhdudiyyətli şəxslər üçün sınaq imtahanı QAYDALARI

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Sınaq imtahanına qeydiyyat başa çatır

Sınaq imtahanına qeydiyyat başa çatır

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiriləcək