Xəbərlər
22 aprel 2022
817


Bakıda respublika müsabiqəsinin qalibi olan 11-ci sinif şagirdi qəfil vəfat etdi


Bakı şəhərində 11-ci sinif şagirdi vəfat edib.


Oxu.Az-ın məlumatına görə, “Gənc İstedadlar” Liseyində təhsil alan 17 yaşlı Vaqif Məmmədov dünyasını dəyişib.


Onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.


Qeyd edək ki, Vaqif Məmmədov “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qaliblərindən olub.

Məqalə Göndər








Загрузка...