Qalaktikamızın neçə yaşı var?
Heydelberqdəki (Almaniya) Maks Plank adına Astronomiya İnstitutunun alimləri Süd Yolunun əsl yaşını açmağa çalışıblar.
Onlar qalaktikanın tarixini araşdırıb və onun əvvəllər düşünüldüyündən iki milyard il əvvəl formalaşmağa başladığı qənaətinə gəliblər.
Tədqiqat zamanı alimlər müəyyən ediblər ki, Süd Yolunun qalın diski əvvəllər deyildiyi kimi təxminən 11 milyard deyil, 13 milyard il əvvəl formalaşmağa başlayıb.
Beləliklə, Günəş sisteminin yerləşdiyi qalaktika Böyük Partlayışdan cəmi 0,8 milyard il sonra meydana çıxıb.
Mənbə: lenta.ru