Karandaş əkib, Milad ağacı yetişdirmək mümkün olacaq – FOTO
Danimarkada yeni il ağacına sahib olmağın qeyri-adi üsulunu göstəriblər. Belə ki, “Sprout” startapı yonulub qurtardıqdan sonra bayram ağacı yetişdirməyin mümkün olduğu karandaşların satışına başlayıb.
Yazı alətləri ekoloji cəhətdən təmiz ağacdan hazırlanır və zəhərli olmayan qrafit içliyinə malikdir. Qələmin dibinə toxumları olan biokapsul yerləşdirilib – karandaş bitdikdən sonra həmin biokapsulu dibçəyə əkmək və adi bitki kimi ona qulluq etmək lazımdır. Milad ağacından başqa, “çerri” pomidorları və bir neçə növ otaq çiçəkləri olan qələmlər də var.
Şirkət qeyd edib ki, dünyada hər il 14 milyard karandaş istifadə olunur, onun istehsalı üçün isə 82 min ağac kəsilir. Halbuli, bu bitkilər qlobal istiləşmə ilə mübarizədə vacibdir – onlar karbon emissiyalarını tutur və oksigeni buraxır, həmçinin ekosistemin dayanıqlığını təmin edir. Ağacları məhv olmaqdan xilas etmək üçün “Sprout” yazı alətlərinin tullantısız istehsalına başlamaq qərarına gəlib.
Şirkət artıq Avropa və ABŞ-da 30 milyondan çox karandaş satıb.
Mənbə: Euronews