Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA
Araşdırmalar zamanı məlum olub ki, dünya üzrə ən yüksək maaş alan müəllimlər İsveçrənin təhsil müəssilərində çalışır.
Bu ölkədə müəllimin illik gəliri 68 min dollar civarındadır. İsveçrədə orta illik əməkhaqqı isə 50 min dollar təşkil edir. İsveçrədən sonra ən yüksək əməkhaqqı Niderland, Almaniya və Belçikadadır.Lider ölkələrlə müqayisədə, Böyük Britaniya müəllimlərinin illik orta əməkaqqı 44 min dollar civarındadır. Almaniya isə müəllimlərin əməkhaqqına görə 13-cü yerdə qərarlaşıb.Fransada müəllimin illik orta əməkhaqqı 30 min dollar təşkil edir. Yunanıstanda isə müəllimlər ildə 25 min dollar qazanır.Hesabata görə, Braziliyada orta hesabla hər bir müəllimə 32, Portuqaliyada isə 8 şagird düşür. Norveç və Yunanıstanda nisbətən böyük siniflər mövcuddur. Böyük Britaniya bir müəllimə düşən şagirdlərin sayına görə öndə olan ölkələrin siyahısında 14-cü yerdədir. Tədqiqatlar göstərib ki, əgər Böyük Britaniya hökuməti Finlandiyanın effektiv təhsil sisteminə çatmaq istəyirsə, buna hər müəllimə düşən şagird sayını 13-dən 16-ya çatdırmaqla nail ola bilər. TALIS (Teaching and Learning International Survey) tədqiqatı göstərib ki, Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla həftədə 46 saat işləyirlər, bu isə müvafiq beynəlxalq normadan (38 saat) 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr edirlər. Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər. Qadın müəllimlərin sayına görə isə Latviya liderlik edir. Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada 81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 və s. faizini təşkil edir. Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə Niderland (54,6 faiz), Meksika (53,8 faiz) və Yaponiyanı (39 faiz) misal göstərmək olar. Müəllimlərin orta yaşı aşağıdakı kimi dəyişir: İtaliyada – 48,9, Estoniyada 47,9, Bolqarıstanda 47,4 yaşdır. Ən gənc müəllimlər isə Malayziyada (38,9), Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) (38,7), Sinqapurda (36) işləyir. Qeyd edək ki, təhsilin inkişafına daha çox vəsaiti ABŞ hökuməti ayırır – 809 milyard dollar. Daha sonra Yaponiya (160 milyard dollar), Almaniya (154 milyard dollar), Braziliya (146 milyard dollar), Fransa (123 milyard dollar), Böyük Britaniya (123 milyard dollar) gəlir.
BMT-nin açıqlamasına görə, 2015-ci ildə dünya üzrə 8 milyon müəllimə ehtiyac yaranıb. Beynəlxalq tədqiqata əsasən, müəllimlərin 68 faizi qadınlardır.
Mənbə:Kanal15.tv