AzTehsil.com


Xəbərlər
28 oktyabr 2021
939


Tələbə gənclərin “Hədəf 5 %” proqramının açılış mərasimi keçirildi




Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə oktyabrın 27-də Tələbə Gənclər Təşkilatlarının fəaliyyətinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləyən “Hədəf 5%” proqramının açılış mərasimi keçirilib. 


Azərbaycan-Fransız Universitetində baş tutan tədbirdə dövlət himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam edib. Natiqlər çıxışlarında Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuz tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib, 17 illik gərgin əməyinin nəticəsi olaraq dövlət başçısının Azərbaycanı ərazi bütövlüyünə qovuşdurduğu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdığını vurğulayıblar. Həmçinin, tələbə gənclərin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha aktiv fəaliyyət göstərmələrinin vacibliyi qeyd olunmuş, gəncləri öz ətrafında toplayan bu proqramın əhəmiyyəti və yaxın aylar ərzində onlara verəcəyi töhfələr haqqında fikirlər bölüşülüb. 

Daha sonra ATGTİ-nin üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə çıxış edərək son vaxtlarda ATGTİ tərəfindən həyata keçirilən TGT-lərin və onları əhatə edən tələbələrin inkişafını qarşısına məqsəd qoymuş proqramların dövlət gənclər siyasətinə verəcəyi töhfələr barəsində danışılıb.

 Orduxan Qəhrəmanzadə respublika ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrindəki Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasını dəstəkləmək məqsədilə həyata keçiriləcək layihəni tədbir iştirakçılarına təqdim edib. Qeyd olunub ki, “Hədəf 5 %” proqramının əsas məqsədi  təhsil müəssisələrində fəaliyyət göstərən TGT-lərin ilkin olaraq müəssisədə təhsil alan tələbələrin ən azı 5 faizinin TGT fəaliyyətlərinə cəlb olunmasını nəzərdə tutur. Proqramın “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.5.1. nömrəli “Ali və orta ixtisas təhsili müəssisələrində tələbə gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi” bəndinin icra prosesinə dəstəyin təmin edilməsi məqsədi ilə keçirilməsi vurğulanıb, layihənin missiya və hədəfləri, fəaliyyət istiqamətləri və həyata keçiriləcək yeni koordinasiya planı haqqında ətraflı məlumat verilib.

Proqram yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunacaqdır.




Загрузка...
Həmçinin oxuyun:
“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

ADPU tələbələri birinci yerə layiq görülüb

ADPU tələbələri birinci yerə layiq görülüb

Tələbə Gənclər Təşkilatları İttifaqı BANM rektoru ilə görüşdü

Tələbə Gənclər Təşkilatları İttifaqı BANM rektoru ilə görüşdü

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”nin rəsmi açılış mərasimi keçirilib.

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Paytaxt məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimi keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

“Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinə 200-ə yaxın tələbə və məzun qoşulub

“Rezidenturaya birlikdə hazırlaşaq" layihəsinə 200-ə yaxın tələbə və məzun qoşulub

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

Prezident Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin etdi – SƏRƏNCAM

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

BANM-nin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Xaricdə təhsilin maliyyələşməsinə dair yeni prosedur müəyyənləşdi

Azərbaycan tələbə-könüllülərinin Forumu

Azərbaycan tələbə-könüllülərinin Forumu

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN