Xəbərlər
15 mart 2017
2 804
ADU-da Şahin İsmayılovla görüş keçirilib
Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) "Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovla görüş keçirilib.
Tələbələrlə görüşdən öncə qonağı qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Ş.İsmayılovun öz ideya və təklifləri, gördüyü işlərlə gənc nəslə nümunə olduğunu qeyd edib. Ş.İsmayılovun ADU üçün doğma insan olduğunu deyən professor tələbələrlə yanaşı, müəllimlərlə də belə görüşlərin təşkil olunmasının vacibliyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən Ş.İsmayılov ADU-nun onun üçün doğma olduğunu bildirib. Uğurlarını elə təhsil aldığı müddətdə qazanmağa başladığını bildirən Ş.İsmayılov bu universitetin tələbələrinin hər zaman fəal olduqlarını qeyd edib.
Daha sonra tələbələrlə görüşən Ş.İsmayılov görüşə dəvət olunduğu üçün təşəkkür edib və yenidən burada olmağın gözəl hiss olduğunu tələbələrin diqqətinə çatdırıb. O, həyatının ən gözəl hissələrini məhz ADU-da keçirdiyini qeyd edib. Özü haqqında tələbələrə qısa məlumat verən Ş.İsmayılov ictimai fəaliyyətinin 2006-cı ildən başladığını deyib. O, 2008-ci ildən ADU-nun Tələbə Gənclər Təşkilatının sədri seçildiyini və 2009-cu ildə 39 TGT-nin birgə iştirakı ilə keçirilən təsis qurultayında ATGTİ-nin sədri seçildiyini bildirib.
ADU ilə bağlı xatirələrini tələbələrlə bölüşən Ş.İsmayılov burada tələbələrin rəhbərliklə münasibətlərinin çox gözəl qurulduğunu deyib. O, gələcək planlarından danışaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı çərçivəsində 500-dən çox tədbirin keçirildiyini qeyd edib.
Sonra çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Ş.İsmayılovla bağlı fikirlərini tələbələrlə bölüşüb. O, ADU tələbələrinin hər zaman layiqli yerlərini tutduğunu qeyd edib.
Sonda Ş. İsmayılov tələbələri maraqlandıran sualları cavablandırıb.
moderator.az