Xəbərlər
14 aprel 2017
2 503
Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək
Eyni zamanda yeni proqram və oyunların emal edilməsi nəzərdə tutulur
Qərb Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə "Proqram və oyun yaradıcılıq qrupu” layihəsinə başlanılıb.
İlkin mərhələdə Tələbə Gənclər Təşkilatlarının nəzdində kompüter proqramı və oyunları sahələrində potensiallı gənclərdən ibarət xüsusi qruplar təşkil olunacaq. Daha sonra ATGTİ-nin daxilində sözügedən qrupları öz ətrafında birləşdirən "Creative group” adlı komanda formalaşdırılacaq. Qrupun fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə ixtisaslı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur.
Layihənin təşəbbüskarı və əsas təşkilatçısı kimi Qərb Universitetinin tələbələri çıxış edir.
Lahiyə ölkəmizdə proqram və oyunlar sahəsinin inkişafına təkan verə, məşhur kompyuter proqramlarının və oyunlarının Azərbaycan dilində formalaşdırılmasına imkan yarada bilər.
Eyni zamanda layihə yeni proqram və oyunların (PC, Android) emal edilməsini nəzərdə tutur.
Layihəyə qatılmaq istəyən hər bir tələbə təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatına yaxınlaşaraq qeydiyyatdan keçə bilər. Qeydiyyat aprelin 22-nədək davam edəcək.