AzTehsil.com


Xəbərlər
29 yanvar 2020
1 526


“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi



“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

 

 SABAH qrupları layihəsinin "SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, "Sağlam təhsil – sağlam millət” və "STEAM Azerbaijan” layihəsinin əməkdaşları, həmçinin ümumtəhsil məktəblərinin müəllimləri, SABAH Mərkəz rəhbərləri və tələbələri iştirak ediblər.

         Tədbirdə bildirilib ki, 2019-2020-ci tədris ilindən start verilən "SABAHın müəllimi” təcrübə proqramı SABAH qruplarının pedaqoji ixtisasları üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Üç istiqamət üzrə ("STEAM” siniflərində, kənd məktəblərində, "Sağlam təhsil” siniflərində) aparılacaq təcrübə proqramı ümumilikdə 126 tələbə və 56 məktəbi əhatə edəcək. 

Məlumat verilib ki, "STEAM” siniflərində təcrübə proqramı SABAH qruplarının "STEAM Azerbaijan” layihəsi ilə əməkdaşlığı çərçivəsində SABAH tələbələrinin layihə haqqında məlumatlılığının artırılması məqsədilə 2 həftəlik intensiv təlimlərdə iştirak etməsini və STEAM siniflərində pedaqoji təcrübə keçməsini nəzərdə tutur. Təcrübədə ümumilikdə 6 ixtisas üzrə 68 tələbə iştirak edəcək. Təcrübə 15 ümumtəhsil məktəbini əhatə edəcək.

Kənd məktəblərində təcrübə proqramı çərçivəsində isə 33 tələbə ucqar kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təcrübə keçəcəklər. Təcrübə 27 kənd üzrə 32 məktəbi əhatə edəcək. Təcrübənin əsas məqsədi tələbələrin SABAH qruplarında təhsil dövründə qazandıqları bilik və bacarıqlarını, təcrübələrini yaşadıqları icmaya ötürərək töhfə vermələridir.

Təcrübə proqramının 3-cü istiqamətinə uyğun olaraq tələbələrin digər qismi "Sağlam təhsil - sağlam millət” layihəsi ilə əməkdaşlıq çərçivəsində "Sağlam təhsil” siniflərində  təcrübəyə cəlb olunacaqlar. Bildirək ki, 2016-cı ildən etibarən 100  SABAH tələbəsi "Sağlam təhsil" siniflərində təcrübə keçib.

Qeyd edək ki, "SABAHın müəllimi” təcrübə proqramının əsas məqsədi pedaqoji ixtisaslar üzrə təhsil alan SABAH tələbələrinə öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaqdır. edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH Karyera Akademiyası təqdim olundu

SABAH III Karyera Qış Məktəbi başlayır

SABAH III Karyera Qış Məktəbi başlayır

"Mən SABAHın məzunuyam”

"Mən SABAHın məzunuyam”

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

SABAH qruplarının tələbələri üçün karyera yarmarkası keçirilib

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

Prorektor: " “SABAH” qruplarının təşkili ali təhsil sistemi üçün əhəmiyyətlidir"

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Sabah  İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək

Sabah İlahiyyat İnstitutunun açılış mərasimi keçiriləcək

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

Dillər Universitetində yenilik: Tələbələr vaxtından əvvəl təcrübə keçəcəklər

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

Bilik yarışmasının birinci turu başa çatıb

Bilik yarışmasının birinci turu başa çatıb

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”

“Bu il magistraturaya sənəd verən SABAH qrupları məzunlarının 98%-i qəbul olub”