AzTehsil.com


Xəbərlər
10 dekabr 2019
1 367


Azərbaycan tələbə-könüllülərinin Forumu



Azərbaycan tələbə-könüllülərinin Forumu

 

Dekabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

Tədbirdən əvvəl Təhsil Nazirliyinin "BİR” tələbə-könüllüləri Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Forumun keçirilməsində məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına dəstək göstərməkdən ibarətdir.

Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, 400-dən çox tələbə-könüllü və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev könüllülük fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki,  rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tələbələri də könüllülük proqramının üzvüdürlər.  Rektor deyib ki, könüllülər arasında formalaşmış münasibət ancaq uğurlu gələcəyə istiqamətlənib.

Daha sonra Forum iştirakçılarını salamlayan Təhsil naziri Ceyhun Bayramov ümummilli lider  Heydər Əliyev tərəfindən hər zaman ölkədə gənclər siyasətinə xüsusi diqqət yetirildiyini, tarixi qərarlar qəbul edildiyini diqqətə çatdırıb. Nazir hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ceyhun Bayramov daha sonra könüllülük fəaliyyətinin yaratdığı təcrübə və imkanlardan söz açıb. Təhsil naziri bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. Nazirin sözlərinə görə, "Bir” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində gənclərlə bağlı söylədiyi fikirlərə xüsusi diqqət çəkib və bildirib ki, hər bir gənc vətənpərvərlik dəyərlərinə önəm verməli, rəqabətqabiliyyətli peşəyə yiyələnməyi özünə əsas prioritet olaraq müəyyənləşdirməlidir. 

Təhsil naziri çıxışının sonunda tələbə-könüllülərə uğurlar arzulayıb.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti  də öz növbəsində tədbirdə iştirakına görə məmnunluğunu ifadə edib, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.

"Bir” Tələbə-Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə-könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mükafatlandırılıb.

Tədbir çərçivəsində "Bir” Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub, həmçinin ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüblər.

Tədbir könüllülərin himninin ifası ilə başa çatıb.

 Forum Təhsil Nazirliyi və "Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Qeyd edək ki, "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbir davam edir.

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

"Gəncliyin BİR həftəsi" adlı tədbirdə tələbə-könüllülər ahıllarla görüşüblər.

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Tələbə-könüllülər üçün “Gəncliyin bir həftəsi”

Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

Milli Paralimpiya Komitəsinin prezidenti “BİR” tələbə-könüllülərlə görüşüb

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Tələbə-könüllülər Bakı Marafonunda

Tələbə-könüllülər Bakı Marafonunda

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

“Bir işarə ilə xoşbəxt et” adlı təlim keçirilib.

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

“BİR” könüllülərdən yeni kampaniya

“BİR” könüllülərdən yeni kampaniya

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

“Könüllü” Tələbə təqaüd proqramına müraciətlərin qəbulu müddəti uzadıldı

Təhsil naziri Çində səfərdədir

Təhsil naziri Çində səfərdədir

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir