AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
08 oktyabr 2021
948


“Rəhmətlik demirik, amma bir kərə, Milləti ucaldan rəhmətliklərə...” – II yazı



“Rəhmətlik demirik, amma bir kərə,  Milləti ucaldan rəhmətliklərə...” – II yazı

 

"Vətənpərvərlik  hansı millətə mənsub olmaq, hansı dildə təhsil almaq və düşünməklə ölçülmür...” 

Bəli, "Vətənpərvərlik  hansı millətə mənsub olmaq, hansı dildə təhsil almaq və düşünməklə ölçülmür, Vətənpərvərlik qədəmlərini basdığın, suyunu içdiyin torpağa bağlılığınla sədaqətinlə, xidmətinlə ölçülür. O qədər də uzaq olmayan tarixə kiçik bir ekskurs edək.
Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.  Bu məktəbin ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Çünki, Qori Seminariyasını bitirən nəsil Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Burada ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər.
Seminariyada Azərbaycan şöbəsinin açılması çətinliklə də olsa, təsdiqlənəndən sonra, Azərbaycanın duz-çörəyi ilə böyüyən və bu xalqı canı, qanı qədər sevən Aleksey Osipoviç Çernyayevski şöbənin inspektoru təyin olundu. Seminariyada Azərbaycan dilinin tədrisi tarixində  A.O. Çernyayevskinin  böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün tərtib etdiyi "Vətən dili" dərsliyində bir pedaqoq kimi ən yararlı materialları seçmiş, atalar sözündən, tapmacalardan, zərbi-məsəllərdən istifadə etmiş və seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdi. Bu kitab təkcə seminariyada deyil, ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. 

Sonralar Qafqaz Təhsil Dairəsinin hesabatında bildirilirdi ki, Çernyayevskinin ustalıqla tərtib etdiyi tədris materialı azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu.  Çernyayevski deyirdi ki, mənim məqsədim xalqın düşüncəsini oyatmaq və bacardığım qədər maarifləndirməkdir. Lakin onun bütün cəhdləri maneələrlə rastlaşırdı, müxtəlif bəhanələrlə ideyalarının reallaşdırılmasına maneçilik törədilirdi. Bu da, xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvərin vaxtsız ölümü ilə nəticələndi. Aleksey Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürəkpartlamasından vəfat etdi. 
Bütün çətinliklərə baxmayaraq, bu yolun işığına düşüb, Qori Seminariyasına təhsil, maarif, mədəniyyət dalınca gedən azərbaycanlıların sayı ildən-ilə artdı. Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlinskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları Qori Seminariyasını bitirdikdən sonra Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal savaşında mücadilə edənlərin sırasına qoşuldular və həyatlarının sonunadək bu mübarizədən çəkinmədilər.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. Görülən təcili tədbirlər nəticəsində artıq, 1919-cu ilin əvvəlində Bakıda, Gəncədə, Nuxada, Salyanda, Şuşa və Qazaxda 23 dövlət orta təhsil müəssisəsi, o cümlədən 6 kişi, 4 qadın gimnaziyası, 5 realni məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının bəhrəsi artıq Azərbaycanda duyulurdu. Qısa vaxtda Azərbaycanda pedaqoji kursların açılmasına başlanıldı. Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları açıldı. Maarifi və milli mədəniyyəti təbliğ edən cəmiyyətlər, xeyriyyəçi kurslar təşkil edildi. Xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan amillərdən biri də Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər idi.

1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsinin ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülməsi və sovet hakimiyyəti qurulduqdan sonra, 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliiyyət göstərməsində görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. Seminariyanın Azərbaycan şöbəsinə məxsus bütün dəftərxana ləvazimatını, müxtəlif avadanlıqları vaqona dolduraraq öz xərci ilə xəlvətcə Ağdama qaçıran bu insan min bir məşəqqətlə, əziyyətlə, millətinə maarif işığı gətirirdi. Böyük maarifçi və ictimai xadim Firidun bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərcə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis etdi, qaçqınlara yardım fondu yaratdı. Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli Qazax Seminariyasının yetirməsi idilər.  Böyük maarifpərvər  Firidun bəy Köçərli öz-özünə deyirdi: "Deyəsən, ixtiyar çağımda Qoridən elədiyim oğurluq burada möhkəm bina tutacaq".

"Ey qardaşlar, həyatın qədrini biliniz, oyanınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözlərinizin tozunu silib diqqət ilə ətrafa baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar olur” deyərək,  xalqını gələcəyə səsləyən, Firidun bəy Köçərli 1920-ci ildə erməni terrorçuları tərəfindən qətlə yetirildi.

Hələ 1924—1928-ci illərdə Azərbaycan incəsənəti, xüsusilə də milli opera janrı ətrafında çoxlu sayda mübahisələr aparılanda, milliyyətcə alman olan rus bəstəkarı Reynqold Qliyerin yazdığı «Şahsənəm» operası bu mübahisələrə son qoydu. «Şahsənəm» — Azərbaycan mövzusunda yazılmış ilk klassik tipli opera idi. Belə ki, o vaxta kimi Azərbaycanda başda Üzeyir Hacıbəyli olmaqla bir sıra bəstəkarlar, əsasən, muğam-operaları yazmışdılar. 
Üzeyir Hacıbəyli 1927-ci ildə «Şahsənəm» operası haqqında belə yazırdı: «Şahsənəm» operası ilə Azərbaycanda yeni opera mədəniyyətinin əsası qoyuldu». Reynqold Qliyer «Şahsənəm» operasının məzmununu qədim «Aşıq Qərib» dastanından götürmüşdü. 1938-ci ildə «Şahsənəm» operası Moskvada keçirilən Azərbaycan İncəsənəti Günlərində Azərbaycan dilində tamaşaya qoyulmuşdu.

Dahi Üzeyir Hacıbəyli də mədrəsə təhsilini və ikiillik rus-tatar məktəbini bitirdikdən sonra, 1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxuyub. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələnib. 1911-ci ildə sistematik musiqi təhsili almaq məqsədi ilə Moskvaya yola düşüb, Moskva Filarmoniya Cəmiyyəti yanında musiqi kurslarında dərs alıb, ondan sonra Sankt-Peterburqa köçüb və orada maddi dəstəyini tamamilə öz üzərinə götürmüş dostu Müslüm Maqomayevin hesabına bir il oxuyub.

Üzeyir Hacıbəyli Sankt-Peterburq Dövlət Konservatoriyasında təhsil aldığı dövrdə ən məşhur əsərlərindən biri olan "Arşın mal alan” operettasını yazdı. Əsər ilk dəfə 25 oktyabr 1913-cü ildə Azərbaycanda səhnəyə qoyuldu və 80 dilə tərcümə edilərək, dünyanın bir çox səhnəsində böyük müvəffəqiyyətlə ifa edildi.  

Gəlin, kin və kudrəti bir kənara qoyub, nəhayət müdrik xalqımıza heç də baş ucalığı gətirməyən və son dərəcə ziyanlı unutqanlıq ənənəsindən əl çəkək, böyük şairimiz Bəxtiyar Vahabzadənin "Bir deyən yoxmudur, pəki sən kimsən?!  Danış, bu millətə nə gətirmisən?! Sən böhtan atdığın bu böyüklərin, Yüzdə biri qədər nə iş görmüsən?!” sualları barədə düşünək...

Davamı var.




Загрузка...
Həmçinin oxuyun:
Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

Bu gün Milli Musiqi Günüdür

100 yaşlı maarif işığı

100 yaşlı maarif işığı

“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley

“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun  anım günüdür

Bu gün dahi bəstəkarımız Üzeyir Hacıbəyovun anım günüdür

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Qızlar məktəbi açmasın deyə öldürmək istədilər, NKVD zirzəmisində döyülməkdən ürəyi partladı - Dəhşətli faktlar!

Cəlil Məmmədquluzadənin doğum günüdür

Cəlil Məmmədquluzadənin doğum günüdür

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

“Qarabağın məşhur müəllimləri” - Ceyhun Hacıbəyli

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

“Qarabağın məşhur müəllimləri” - Soltan Hacıbəyov

NDU müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

NDU müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

Qazaxda “Novruz mühazirəsi” keçirilir

Qazaxda “Novruz mühazirəsi” keçirilir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Müslüm Maqomayevin vəfatından 9 il ötür

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

“Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” esse müsabiqəsi elan olunub

“Əbədi iftixarımız: Üzeyir Hacıbəyli yaradıcılığı” esse müsabiqəsi elan olunub

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

“Ermənilərin “Arşın mal alanı” mənimsəmək istəyi onların Zəngəzur iddialarından daha betərdir”

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...

Cümhuriyyət parlamentinin yeganə qadını- Onlardan biri də...