Xəbərlər
09 sentyabr 2021
632


Kollecin tələbəsi videokonfransda çıxış etdi

 

8 Sentyabr 2021-ci il tarixində YAP Veteranlar Şurasının təşkilatçılığı ilə "Etnik müxtəliflik və Azərbaycançılıq” mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru, akademik Kamal Abdulla məruzə ilə çıxış etmişdir. "Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir.

Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda normal multikultural əhvalın olması – müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır: "İlkin” müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal "sonrakı” müxtəliflikdən indicə qeyd etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz "ilkin” müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə hüsnrəğbəti və loyallığı məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng kəsb edə bildi. Elə ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində, elə həmin Fransada, İngiltərədə, Almaniyada multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxdı.

Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Ermənilər işğalçı idilər və Azərbaycan torpaqlarını zəbt etmişdilər. Bizim ordumuz isə mahiyyətinə görə azadlıq ordusu idi, əsgərlərimiz Vətən torpaqlarını azad edirdilər. Hamı gördü ki, bu illər ərzində Azərbaycan başda Prezident, Ali Baş Komandanı olmaqla, həm ordu və müdafiə quruculuğunda, həm diplomatiyada, həm daxili, həm də xarici siyasətdə, ölkədaxili ictimai mühitdə elə

bir vəhdətə, birliyə nail ola bildi ki, onu dünya müstəvisində nadir halda müşahidə etmək olar. Bütün bunlar isə Azərbaycan əsgərinin, zabitinin, hamımızın gözlədiyi müzəffər yürüşünü şərtləndirən amillər oldu. Bu fikirləri AMEA–nın həqiqi üzvü Kamal Abdulla bildirmişdir.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin Tələbə Gənclər Təşkilatının sədri, IV kurs tələbəsi Elnarə Miriyeva məruzəçiyə "Müasir dövrdə etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması və inkişafı” haqqında diskussiya xarakterli sual ünvanlamışdır. Tədbirdə videokonfransın moderatoru YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP-ın Şəki, Zaqatala, Cənub zonası, Bakı, Sumqayıt və Abşeron rayonları üzrə 19–35 yaş qrupları üzrə fəalları iştirak etmişlər.

Cəmil Quliyev
YAP SATK ərazi ilk partiya təşkilatının sədr müavini
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Dövlət İdarəçilik Akademiyasında elmi-praktik konfrans

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

Boş qalan yüksək dövlət vəzifələri - SİYAHI

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Müasir və yaradıcı təhsil təşkilatçısı

Müasir və yaradıcı təhsil təşkilatçısı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Mingəçevir Dövlət Universitetində elmi konfrans

Mingəçevir Dövlət Universitetində elmi konfrans

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri !

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib