Xəbərlər / Ziyalılar
08 may 2020
1 292


MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

 MDU-da “Heydər Əliyev : dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans

 

 Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan "Heydər Əliyev: dahi siyasətçi və fenomen şəxsiyyət” mövzusunda elmi konfrans keçirilib.


MDU-nun təşkilatçılığı, Mingəçevir şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının tərəfdaşlığı ilə keçirilən konfrans virtual formatda təşkil olunub.


Universitetin rektoru Şahin Bayramov müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, milli iqtisadiyyatımızın güclənməsi, Azərbaycan ordusunun qüdrətlənməsi sahəsində misilsiz xidmətləri barədə danışıb. Ulu öndərin əziz xatirəsini dərin ehtiramla andıqlarını vurğulayan Ş.Bayramov Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə tədqiqatların aparılması və tələbə-gənclərin Heydər Əliyev kursuna sadiq vətəndaşlar kimi yetişdirilməsi baxımından digər ali təhsil müəssisələri kimi MDU qarşısında da mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.


 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və onun genişmiqyaslı ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqların təmin olunmasına, azərbaycançılıq ideologiyasının inkişafına və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verdiyini bildirib, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasının və güclənməsinin məhz dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb.  Ümummilli liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran İ.İsmayılov mövcud qlobal pandemiya şəraitində ölkəmizdə koronavirusla mübarizə sahəsində tətbiq edilən modelin bir çox beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi göstərildiyini söyləyib.


Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Ulu öndərin yaratdığı partiyanın hazırda təkcə ölkəmizin deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu bildirib. O, YAP-ın Ümummilli liderin müəyyənləşdirdiyi  dəyərlər əsasında inkişaf etdiyini və ölkəmizin tərəqqisinə töhfələr verdiyini xatırladıb, həmçinin  YAP Mingəçevir şəhər təşkilatının dahi şəxsiyyətin zəngin irsinin təbliği sahəsindəki fəaliyyətindən də bəhs edib.


Sonra konfransda məruzələr dinlənilib. Virtual konfransa qatılan MDU əməkdaşları və tələbələri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr də aparılıb.


 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

BANM Heydər Əliyevin xatirəsini yad etdi

BANM Heydər Əliyevin xatirəsini yad etdi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

Heydər Əliyevin xatirəsinə həsr edilən şahmat TURNİRİ

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

“Heydər Əliyev dühası və intibah dövrünün davamlı inkişafı”

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

Sənin adınla bağlı xalqımın hər zəfəri - LDU-da tədbir

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Gənc tədqiqatçılar üçün virtual elmi seminar

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

“Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim edilib

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Azərbaycan və Türkiyə təhsil nazirləri arasında görüş

Virtual konfransda məruzələr təqdim olunub

Virtual konfransda məruzələr təqdim olunub

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

“Milli Qurtuluşdan inkişafa” adlı tədbir

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Ölkəmizin səkkiz bölgəsindən məktəblilər Lənkərana gediblər

Ölkəmizin səkkiz bölgəsindən məktəblilər Lənkərana gediblər